“Qarabağ”ın sabiq futbolçusu “Astana” klubunun ən yaxşı transferi seçilib
Bakı, 5 yanvar, AZƏRTAC
Qazaxıstanın “Astana” klubunun rəsmi saytında 2018-ci ilin ən yaxşı transferini müəyyənləşdirmək üçün onlayn səsvermə keçirilib.
AZƏRTAC Qazaxıstan təmsilçisinin saytına istinadla xəbər verir ki, sorğuda 4641 nəfər səs verib. 2017-2018-ci il mövsümündə “Qarabağ” klubunda çıxış edən Pedro Enrike sorğuda iştirak edənlərin 50 faizindən çoxunun səsini toplayaraq birinci olub.
Sorğuda respondentlər “Astana” komandasının 2018-ci ilin yayında transfer etdiyi beş legionerə - müdafiəçi Antonio Rukavinə, yarımmüdafiəçilər Riçard Almeydaya və Pedro Enrikeyə, hücumçular Rangelo Yanqa və Junior Kabananqaya səs veriblər.
Braziliyalı futbolçu Pedro Enrike Qazaxıstan çempionunun heyətində 19 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]