QARƏTÇİLƏR YAXALANMIŞLAR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Yasamal rayonunun A.Mustafayev küçəsində iki naməlum şəxs Bakı şəhər sakini Tofiq Dadaşovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşına sərnişin qismində oturub, onu bıçaqla hədələyərək mobil telefonunu almışlar. Sonra onlar avtomaşını H.Cavid prospektinə sürdürmüş, orada olan Müşfiq Mehdiyevi də bıçaqla hədələyərək mobil telefonunu və 150 min manat pulunu almışlar. Cinayətkarlar Nəsimi rayonu ərazisində avtomaşından düşərək qaçmışlar. Tofiq Dadaşov baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinə müraciət etmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Masallı rayon sakini Valeh Mövsümov və Mingəçevir şəhər sakini Səfər Əhmədov tutulmuşlar.
Faktla bağlı cinayət işi açılmışdır.