REGİONLAR
Qax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Maral dağına yürüş ediblər
![](/files/galleryphoto/2020/1/1200x630/15815789384642118954_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15815789384541313390_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15815789386048545023_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/158157893846517005_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15815789383101952430_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1581578938837416191_1200x630.jpg)
Qax, 13 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Qax Gənclərin İnkişaf və Karyera Mərkəzi yeniyetmə və gəncləri bir-birindən maraqlı layihələrlə sevindirməkdə davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mərkəzin həyata keçirdiyi “ZirvədəSən” layihəsi çərçivəsində könüllü gənclər İlisu Dövlət Təbiət Qoruğunun ərazisində yerləşən Maral dağına yürüş ediblər. Qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, gənclər əllərində üçrəngli Azərbaycan bayrağı dağın zirvəsinə qalxıb, oradan Qax şəhərinin əsrarəngiz təbiət gözəlliklərini seyr ediblər. Sonra gənclər dağın ətəyində qartopu oynayaraq qışın keyfini çıxarıblar.
Mərkəzin direktoru Elmir Həşimli AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, belə layihələrin həyata keçirilməsində əsas məqsəd gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsinə şərait yaratmaq, eyni zamanda, rayonun əsrarəngiz təbiət guşələri ilə yaxından tanış etməkdir.
Mərkəzin direktorunun sözlərinə görə, növbəti günlərdə “Gənc istedad”, “Dərsdən sonra”, “Səhnəni qur”, “İşgüzarlar klubu” və digər tədbirlərin keçirilməsi də nəzərdə tutulur.