Qax meşəçiləri payız meşə əkininə başlamışlar
Qax, 30 oktyabr (AZƏRTAC). Cari ildə Qax rayonunda dövlət meşə fonduna aid 80 hektar sahədə yeni meşəliklərin salınması planlaşdırılmışdır.
Rayon meşə mühafizəsi və bərpası idarəsindən AZƏRTAC-a bildirmişlər ki, bu məqsədlə müəssisənin tinglik sahəsində 170 min ting yetişdirilmişdir. Yaz meşə əkini dövründə 30 hektar sahədə yeni meşəliklərin salınması təmin olunmuşdur.
Hazırda meşəçilər payız əkini kampaniyasına başlamışlar. Kampaniya dövründə 50 hektarda yeni meşəliklərin salınması planlaşdırılır. Əkin zamanı əsasən qoz, şabalıd, palıd, akasiya, katalpa və digər qiymətli ağac növlərinə üstünlük verilir. Bundan əlavə, cari ildə rayonda 120 hektar sahədə meşə-bərpa işlərinin aparılması da nəzərdə tutulur. Artıq 50 hektar sahədə bərpa işləri başa çatdırılmışdır və bu iş davam etdirilir.
Payız-qış mövsümünün gəlişi ilə əlaqədar olaraq idarə və təşkilatların, habelə vətəndaşların odun yanacağına olan tələbatını ödəmək məqsədilə müəssisə tərəfindən kök üstə qurumuş ağacların və seyrəltmə nəticəsində yaranmış tör-töküntünün hesabına 4 min kubmetr odun ayrılaraq paylanması təmin edilmişdir.
Hazırda Qax rayonu ərazisində dövlət meşə fonduna aid 30 min 965 hektar meşə sahəsi vardır. Onun 27 min 458 hektarı meşə bitkiləri ilə örtülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]