Qaxda avtomobil ağaca çırpıldı: FHN sıxılı vəziyyətdə qalan sürücünü xilas etdi
Bakı, 10 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Qax rayonu, Suskənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğısöndürən-xilasediciləri cəlb edilib.
FHN-dən AZƏRTAC-a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "BMW" markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü İsmayılova İradə Nürəddin qızını xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [19:57]
“ASELSAN” “ADEX 2026”ya hansı silahlarla gəlib? VİDEO
- 30.09.2026 [17:06]