Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüş

Qazax, 9 fevral (AZƏRTAC). Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Qazax rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür.

Prezident İlham ƏLİYEV qazaxlılara müraciətlə dedi: - Mən sizi ürəkdən salamlayıram. Hamınızı xoş gördük. Yenidən sizinlə görüşə gəlmişəm. Bu gün də Qazax rayonunda bir neçə tədbirdə, açılışda iştirak edəcəyəm. Hər dəfə burada olarkən ürəkdən sevinirəm ki, Qazax rayonunda işlər çox yaxşı gedir. Böyük quruculuq-abadlıq işləri aparılır, rayon inkişaf edir, yeni müəssisələr yaradılır. Əlbəttə, bu məni çox sevindirir. Çünki bilirsiniz ki, Azərbaycanın bütün regionlarında aparılan işlər bir məqsədi güdür - bizim ölkəmiz daha da güclənsin, inkişaf etsin və iqtisadiyyatımız çoxşaxəli iqtisadiyyata çevrilsin. Biz tədricən buna nail oluruq. 2010-cu ilin nəticələri çox müsbətdir. Baxmayaraq ki, dünyada maliyyə-iqtisadi böhran hələ də hökm sürürdü, biz iqtisadi sahədə böyük uğurlara nail ola bildik. Həm yoxsulluğun səviyyəsinin azaldılmasında, həm də iqtisadiyyatın inkişafında Azərbaycan qarşıda duran bütün vəzifələri icra etmişdir.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı da uğurla icra edilir. Əgər 2004-cü ildə biz birinci proqramı qəbul etməsəydik, əlbəttə ki, bu gün regionların inkişafından söhbət gedə bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində görülən işlər indi bu reallıqları yaratmışdır. Biz bunu Qazax rayonunun timsalında da görürük. Burada həm sosial obyektlər, sənaye müəssisələri tikilir, həm də şəhər abadlaşır, yollar çəkilir, bir sözlə, rayon inkişaf edir. Əvvəlki illərdə burada olarkən bu gözəl Heydər Əliyev Mərkəzinin açılışında birlikdə iştirak etmişdik, müalicə-diaqnostika mərkəzi açılmışdı. İndi İcra hakimiyyətinin başçısı mənə məlumat verir ki, bu diaqnostika mərkəzinin açılışının çox böyük, müsbət təsiri olmuşdur. İnsanlar keyfiyyətli, pulsuz tibbi xidmət alırlar. Nəinki Qazax rayonunun sakinləri, Gürcüstanda yaşayan soydaşlarımız da bu imkanlardan istifadə edirlər. Burada indi tikilməkdə olan böyük konserv zavodu həm Qazax fermerlərinin məhsullarını emal edəcək, eyni zamanda, Gürcüstanda yaşayan soydaşlarımıza da bunun böyük müsbət təsiri olacaqdır.

Azərbaycanda Qazax rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri var. Bu rayonun inkişafı, əlbəttə ki, çox böyük məna daşıyır. Bütün rayonların inkişafı çox vacibdir. Amma xüsusilə sərhəd bölgələrinin, paytaxtdan uzaqda yerləşən rayonların inkişafına daha da böyük diqqət göstərilir.

Burada infrastruktur layihələrinin həyata keçirilməsinə böyük diqqət verilmişdir. Bu gün artıq Bakı-Gürcüstan sərhədi avtomobil yolu, demək olar ki, hazırdır. Sadəcə olaraq, onun kiçik bir hissəsində işlər tamamlanır. Bu da qazaxlılar üçün böyük imkanlar yaradır. Çünki yol inkişaf deməkdir, rahatlıq deməkdir. İndi buradan Bakıya rahat getmək olar. Dəmir yolu nəqliyyatının inkişafı üçün də tədbirlər görülür. Bir sözlə, infrastruktur layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı, sosial obyektlərin tikilməsi, - Azərbaycanda bütün bunlar planlı şəkildə aparılır. Məsələn, bu gün Qazax rayonunda yeni məktəbin, gömrük məntəqəsinin açılışı nəzərdə tutulmuşdur. Bir sözlə, sosial obyektlərin tikilməsi, sənaye müəssisələrin yaradılması ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün şərait yaradır.

O ki qaldı ölkədəki ümumi vəziyyətə, vəziyyət yaxşıdır. Planlar həyata keçirilir, iqtisadiyyat artır. Energetika sektorunda əldə edilmiş uğurlar, xüsusilə neft-qaz sənayesində görülmüş işlər həm bizim maliyyə imkanlarımızı artırır, həm də dünyadakı mövqelərimizi möhkəmləndirir. Bizim artıq böyük valyuta ehtiyatlarımız var və özümüzü çox rahat və əmin hiss edirik. Bununla bərabər, bütün bu görülmüş işlər onu göstərir ki, planlı şəkildə qurulmuş iş olan yerdə nəticə də olacaqdır. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daha da böyük işlər görməliyik, iqtisadiyyatımızı daha da gücləndirməliyik, sosial siyasəti daha da gücləndirməliyik. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırılmışdır. Azərbaycanda orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan artıqdır. Ancaq yenə də deyirəm, bu, bizi qane edə bilməz. Bütün səylərimiz ona yönəlməlidir ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar. Düzdür, son yeddi ildə yoxsulluğun səviyyəsinin 4 dəfə aşağı düşməsi böyük nəticədir. Təxminən 44 faizdən 9,1 faizə düşməsi görülmüş işlərin nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900 mindən çox iş yeri açılmışdır ki, onlardan 700 minə qədəri daimi iş yeridir. İşsizliyin böyük hissəsi aradan qaldırılmışdır, amma hələ də işsizlik var. Xüsusilə 2011-ci ildə və ondan sonrakı illərdə biz bu sahələrə xüsusi diqqət göstərəcəyik ki, bütün çatışmayan məsələləri həll edək, çatışmayan cəhətləri aradan qaldıraq.

Sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək. Azərbaycanda sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla görüşürəm. Hətta xarici səfərlərə də özümlə aparıram ki, biz onları beynəlxalq bazarlara çıxaraq. Biz Azərbaycan iş adamlarının beynəlxalq bazarlara çıxması üçün siyasi fəaliyyət də göstəririk. Ölkə daxilində sahibkarlığın inkişafı üçün güzəştli şərtlərlə uzunmüddətli kreditlər, subsidiyalar ayrılır. Əlbəttə, siyasi dəstək çox vacibdir. Bəzi hallarda xüsusilə sahibkarlara qarşı ədalətsiz hərəkətlərin aradan qaldırılması üçün son zamanlar çox ciddi tədbirlər görülür. Bu tədbirlər mütəmadi qaydada görülür, amma mən hesab edirəm ki, biz bu sahədə səylərimizi daha da gücləndirməliyik. Əsassız müdaxilələrə, lazımsız yoxlamalara son qoyulmalıdır. Azərbaycan öz iqtisadiyyatını tam şəkildə bazar münasibətləri prinsipləri üzərində qurubdur. Bazar iqtisadiyyatının qanunları tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye müəssisələrimiz var, - neft-qaz sənayesi, digər sənaye müəssisələri. Ancaq ölkəmizin inkişafı üçün sahibkarlığın, orta və kiçik sahibkarlığın inkişafı başlıca şərtdir. Bu məqsədlə biz son illər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli şərtlərlə kreditlər ayırmışıq, vəsait vermişik. Bütün bu işləri görmüşük, bununla bərabər, yenə də deyirəm, bütün bu sahələrdə şəffaflıq olmalıdır, ədalət olmalıdır.

Azərbaycanda böyük işlər görülür, hələ çox işlər də görülməlidir. Biz ölkəmizi müasirləşdirməliyik, bütün cəhətlərdən - həm siyasi islahatlar, həm də iqtisadi islahatlar baxımından inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmalıyıq. Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin iclasında verdiyim tapşırıqlar yerinə yetirilir. Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq.

Bizim qarşımızda çox böyük perspektivlər var. Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir və bu, bizim məqsədimizdir. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm. Baxmayaraq ki, dünyada inkişaf etmiş ölkələrin sayı çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi uğurlar kifayət deyil. Ölkədə gərək bütün sahələr ən yüksək meyarlarla ölçülsün. Sosial təminat, infrastruktur layihələri, sosial ədalət prinsiplərinin bərqərar olması, məhkəmə-hüquq sistemində aparılan islahatlar və ədalətli qərarların çıxarılması, icra orqanlarında şəffaflığın təmin olunması, bütün maliyyə sistemimizdə şəffaflığın maksimum dərəcədə təmin olunması, ictimai nəzarət, demokratiyanın inkişafı - yəni inkişaf etmiş ölkələr bax bu sahələrdəki uğurlar hesabına inkişaf etmiş ölkələr hesab olunur.

Biz də bu yolla getməliyik, başqa yolumuz yoxdur. Bunu etmək üçün əlbəttə ki, təkcə rəhbərliyin siyasi iradəsi kifayət etməz. Burada bütün ictimaiyyət, bütün vətəndaşlar bir olmalıdırlar. Biz bir məqsədə qulluq etməliyik ki, ölkəmiz inkişaf etsin, güclənsin, sosial rifah daha da yüksək səviyyədə olsun, iqtisadiyyat daha da möhkəm olsun. Belə olan halda uzunmüddətli inkişaf strategiyamız öz nəticəsini verəcəkdir.

Bu gün Qazax rayonunda olarkən bir daha demək istəyirəm ki, mən rayonda gedən işlərlə razıyam. Mənə mütəmadi qaydada məlumatlar verilir, burada görülən işlər və bundan sonra görüləcək işlər rayonun inkişafına çox müsbət təsir göstərəcəkdir. Rayonda ictimai-siyasi vəziyyət də yaxşıdır, iqtisadi vəziyyət də yaxşıdır, sosial məsələlər də həll olunur. Mən də çalışacağam ki, bundan sonra da Qazax rayonunun inkişafı üçün səylərimi göstərim. Gərək bu il də, sonrakı illərdə də həm dövlət investisiya proqramı xətti ilə, həm də kreditlərin verilməsi istiqamətində əlavə tədbirlər görülsün ki, rayon daha da inkişaf etsin, gözəlləşsin.

X X X

Rayon sakini Məmməd YUSİFOV qazaxlılar adından minnətdarlıq edərək dedi: - Möhtərəm cənab Prezident, bütün Qazax ictimaiyyəti adından sizi salamlayır və rayonumuza “Xoş gəlmisiniz!” deyirəm. Biz Molla Pənah Vaqifi, Molla Vəli Vidadini, Səməd Vurğunu, Osman Sarıvəllini, İsmayıl Şıxlını yetişdirmiş Qazaxa və qazaxlılara xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən yüksək diqqət və qayğı görmüşük və bu gün də Sizin tərəfinizdən görürük.

Bu gün Azərbaycanın ciddi düşünülmüş, uzun illərə hesablanmış genişmiqyaslı, çoxşaxəli iqtisadi inkişafı təmin olunur. Bu inkişafı və uğurları düzgün, düşünülmüş iqtisadi siyasət şərtləndirir. Həmin siyasətin nəticəsi olaraq, Azərbaycanın bütün bölgələri kimi, ölkəmizin qərb qapısı hesab olunan Qazax da inkişaf edir, abadlaşır, gözəlləşir.

Bu inkişafın nəticəsində Qazaxda qısa müddət ərzində təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilmiş, müalicə-diaqnostika mərkəzi, olimpiya idman kompleksi tikilib istifadəyə verilmiş, yeni park və xiyabanlar salınmışdır. Dövlət proqramlarına uyğun olaraq regionların bərabər inkişafı təmin edilir. Bölgənin potensialından maksimum istifadə etməklə yeni istehsal sahələri yaradılır. O cümlədən Qazaxda sement zavodunun, konserv zavodunun tikilməsi rayonumuzda görülən işlərin tərkib hissəsidir.

Respublika səviyyəsində isə çox ciddi infrastruktur layihələri həyata keçirilir. Bütün magistral yolların yenidən qurulmasını vacib layihələrdən biri kimi xüsusi vurğulamaq istəyirəm. Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsini ilin ən uğurlu layihələrindən hesab etmək olar, bunu bütün xalqımız qeyd edir. Biz yaxşı bilirik ki, Sizin siyasətinizin kökündə insan amili dayanır. Çalışırsınız ki, insanlarımız daha rahat, daha firavan yaşasınlar. Bunu biz özümüzün gündəlik həyatımızda hiss edirik, görürük, duyuruq.

Möhtərəm cənab Prezident, bugünkü Azərbaycanın reallıqları ölkədə aparılan düzgün siyasətin, yorulmaz əməyin və düşünülmüş məqsədyönlü işin nəticəsidir. Xalqla dövlətin birliyinin nəticəsidir ki, ölkəmiz dinamik sürətlə inkişaf edir. İyirmi il əvvəl iqtisadiyyatı dərin böhran keçirən Azərbaycan indi özünün iqtisadi göstəricilərinə görə dünyanın aparıcı dövlətlərini belə qabaqlayır. Bölgədə lider dövlət olmaqla yanaşı, dünya miqyasında layihələrin reallaşmasında söz sahibidir. Vaxtilə qonşu dövlətlərdən iqtisadi asılılığımız, enerji asılılığımız olduğu halda, indi Azərbaycan Avropa məkanında enerji təhlükəsizliyinin təminatçılarındandır. Bax budur inkişaf, bunu görməmək olarmı?! Qədirbilən xalqımız, o cümlədən də qazaxlılar bunu görür və yetərincə dəyərləndirir.

Cənab Prezident, biz Sizə inanırıq. İnanırıq ki, Sizin qətiyyətinizlə, müdrik rəhbərliyinizlə xalqımızın taleyüklü problemləri qısa zaman kəsiyində öz həllini tapacaq, Azərbaycan torpaqları işğaldan azad olunacaqdır. Mən Sizi qəti əmin etmək istəyirəm ki, Azərbaycanın bütün sakinləri kimi, qazaxlılar da Sizin siyasi xəttinizi dəstəkləyir və daim Sizinlədir. Sizə və ailənizə cansağlığı, uzun ömür diləyirik. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: - Mən də öz işimdə sizə arxalanıram, Azərbaycan xalqına arxalanıram. Bu arxanı, dayağı mən hiss edərək bütün bu işləri görürəm. Bu olmasaydı, Azərbaycanda heç bir iş görmək mümkün olmazdı. Gələcəkdə bizi daha da böyük işlər gözləyir. Azərbaycan artıq inkişaf yolundadır. Biz bu inkişafı əbədi etməliyik. Elə etməliyik ki, hər bir vətəndaş yaxşı yaşasın, hər bir vətəndaşın problemləri həll olunsun, ölkəmizdə bütün problemlər həll edilsin və dünya miqyasında Azərbaycan daha da güclü yerə malik olsun.

X X X

Sonra xatirə şəkli çəkdirildi.

######

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək

ACF rəsmiləri milli komandanın əcnəbi üzvlərinin legioner adlandırılmasına münasibət bildiriblər

Britaniya Avropa Azərbaycan Məktəbində yeni tədris ili başlanıb

Gənc Tamaşaçılar Teatrında yeni premyera: “Qodo həsrətində”

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Neak Oknha Kith Meng: Azərbaycan və Kamboca arasında iqtisadi əməkdaşlıq cəlbedicidir VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Azərbaycan və Kamboca Ticarət Palataları arasında Anlaşma Memorandumu mübadilə edilib VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Mikayıl Cabbarov: Azərbaycan şirkətlərinin həyata keçirdiyi bütün fəaliyyətlər ciddi ekoloji standartlara tabedir VİDEO

Sabah magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub VİDEO

® Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Cüdo yığmasının baş məşqçisi: Hidayət Heydərovun qərar vermək üçün bir həftə vaxtı var VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Nazir: Azərbaycan-Kamboca ikitərəfli münasibətləri əsl potensialını əks etdirmir VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Elnur Məmmədli: Cüdoçularımız Bakıda qazandıqları uğurları davam etdirməlidirlər VİDEO

Xalq şairi və istiqlal mübarizi Sabir Rüstəmxanlı – AMEA-da elmi konfrans

Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib

Siyasi şərhçi: Azərbaycanın beynəlxalq platformalardakı fəallığı siyasi etimadın göstəricisidir

“Azərpambıq”da İndoneziya ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Rəşad Rəsullu: Dünya çempionatındakı nəticələrimiz düzgün istiqamətdə olduğumuzu göstərir VİDEO

Milli Məclisin deputatı: Azərbaycan diplomatik aktivlik coğrafiyasını genişləndirir

Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq

ÇXR Sədrinin xüsusi nümayəndəsi AQEM-in Zirvə toplantısı üçün Azərbaycana səfər edəcək

İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb