Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir ŞƏRH

Qazaxın kəndlərinin qaytarılması barədə razılıq Azərbaycan Prezidentinin qətiyyətli mövqeyinin realizəsidir  ŞƏRH

Bakı, 20 aprel, AZƏRTAC

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə altı konseptual istiqamətdə əldə olunan nəticə, ilk növbədə, Prezident İlham Əliyevin prinsipial qələbəsidir. Bildiyimiz kimi, ölkə Prezidenti bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bəyan etmişdi ki, “O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır”. Aprelin 19-da Azərbaycan və Ermənistan arasında şərti sərhəddə hər iki ölkənin baş nazirlərinin müavinləri, Şahin Mustafayev və Mqer Qriqoryanın sədrliyi ilə komissiyanın iclasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin Azərbaycan tərəfə qaytarılması barədə razılıq bilavasitə məhz Prezident İlham Əliyevin yanvarın 10-da ifadə etdiyi qətiyyətli mövqeyinin realizəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.

O deyib: “Aydındır ki, Azərbaycan beynəlxalq hüquqla, o cümlədən Ermənistanın tez-tez istinad etdiyi 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən özünəməxsus bir qarış da olsun torpağı güzəştə getmək niyyətində deyildi və rəsmi Bakı bu mövqeyini açıq formada dəfələrlə bəyan etmişdi. Vətən müharibəsi və antiterror tədbirlərində atılan qəti addımlar fonunda ötən dövrün təcrübəsinə əsaslanan Ermənistan və havadarları da yaxşı anlayırdı ki, bu məsələdə Prezident İlham Əliyevin səbrini sınamaq heç də yaxşı nəticə verməyəcək. Təbii ki, Azərbaycan yeni hərbi gərginlik arzulamır, hətta biz Konstitusiyamızın 9-cu maddəsində rəsmən bəyan etmişik ki, Azərbaycan Respublikası başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin biz, eyni zamanda işğalda qalan 8 kəndimizi azad etmək üçün güc tətbiq etməyəcəyimiz barədə öhdəlik də götürməmişik. Bu mənada, Azərbaycanın yaratdığı hərbi-siyasi reallıqların nəticəsi olan 19 aprel tarixli ilkin razılığın əsas əhəmiyyəti ondan ibarətdir ki, hər hansı hərbi məcburetmə tədbirlərinə ehtiyac duyulmadan Ermənistanın bizim ilkin şərtimizə uyğun olaraq qeyri-anklav kəndlərimizi bir güllə atılmadan, dinc şəkildə təhvil verməsi ilə qan tökülməsinin qarşısı alındı. Bu, Müzəffər Ali Baş Komandanın 2020-ci il 10 noyabr kapitulyasiya aktına müvafiq olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana təhvil verilməsində ehtiva olunan tarixi uğurunun təkrar olunması demək idi. Həmçinin qərara alınıb ki, sərhəd xəttinin adıçəkilən istiqamətdəki hissələrinin təsviri koordinatları 2024-cü il mayın 15-dək yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilərək tərtib olunsun. Bu isə o deməkdir ki, Azərbaycan 2020-ci ildə Ağdam, Kəlbəcər və Laçının boşaldılması məsələsində olduğu kimi, bu dəfə də xoş niyyət göstərərək Ermənistana konkret tarix üzrə möhlət verib”.

Deputatın sözlərinə görə, ümumiyyətlə, kəndlərimizin geri qaytarılması barədə ilkin razılıq elə bir situasiyadır ki, sağlam təfəkkürə malik heç bir subyekt bu prosesdə məğlub görünmür. Daha doğrusu, əgər Ermənistanda hansısa dairələr həmin kəndləri hələ də özününkü hesab edirsə, bu razılaşma həmin qüvvələrin ciddi məğlubiyyətidir. Əksinə, beynəlxalq hüquqa hörmətlə yanaşanlar isə özünün olmayan ərazilərə iddialardan könüllü surətdə əl çəkərək sağlam iradə nümayiş etdirməklə bu uğurdan pay götürə bilir.

“Razılaşmanı uğurlu edən digər amil, delimitasiya prosesinin sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq həyata keçirilməsi ilə bağlıdır. Azərbaycan Vətən müharibəsindən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh prosesində delimitasiya prosesinin məhz bu şərtlər üzrə aparılmasını doğru hesab edirdi. Görünən odur ki, Ermənistan, nəhayət, üç il yarım sonra Bakının mövqeyinin hüquqi cəhətdən qanuni və ədalətli, praktiki cəhətdən isə səmərəli olmasını dərk etməyə başlayıb. İndi qalır yaxın 25 gün ərzində məsələnin tərəflər arasında müvafiq protokol-təsvirlə sənədləşdirilib, razılaşdırılıb imzalanması və bununla da delimitasiya, hətta demarkasiya prosesində ilk real addım atılmış olacaq.

Azərbaycan və Ermənistanın arasında adıçəkilən razılaşmasının digər diqqət çəkən önəmli məqamı delimitasiya ilə bağlı ilkin müzakirələrin məhz anklav olmayan kəndlərimizdən başlanmasıdır. Bildiyiniz kimi, Azərbaycan Prezidenti də bu ilin əvvəllərində ifadə etmişdi ki, proses Tovuz-Qazax bölgəsi istiqamətindən – hələ də işğalda qalan kəndlərimizdən başlanmalıdır. Delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı komissiyaların iclasında alınan qərar isə nümayiş etdirdi ki, gündəlik məhz Azərbaycanın diktəsi ilə müəyyənləşir. Lakin bu da faktdır ki, Bakının beynəlxalq hüquqa əsaslanan bu mövqeyini realizə etməsi Ermənistan üçün hər hansı formada təhdid yaratmır, əksinə İrəvan gərginliyə yol aça biləcək təcavüzkar mövqeyindən əl çəkməklə qarşılıqlı etimad mühitinə töhfə vermiş olacaq”, - deyə B.Məhərrəmov bildirib.

“Ümumiyyətlə, məlumdur ki, delimitasiya və demarkasiya uzun sürən çox mürəkkəb bir prosesdir və dövlətlər arasında münasibətlərin hətta ən yüksək səviyyədə olması belə bu prosesin on illərlə uzanmasına əngəl törədə bilmir. Məsələn, Azərbaycanın dost Gürcüstanla sərhədinin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Yaxud müttəfiqimiz Rusiya ilə 20 il davam etmiş delimitasiya prosesi 2012-ci ildə başa çatsa da, hələ də demarkasiya tam aparılmayıb. Azərbaycanla uzun illər münaqişədə olmuş, 30 il ərazilərimizi işğalda saxlamış Ermənistanla isə delimitasiya və demarkasiya prosesinin daha çətin keçəcəyi sirr deyil. Lakin dövlət sərhədinin delimitasiyası, habelə dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların sayca 8-ci iclasında işğalda olan 4 kəndimizin dinc yolla qaytarılması barədə razılığa gəlinməsi daha bizə nikbin düşünməyə əsas verir. Qarşıda isə prosesin davamlılığının təmin olunması kimi ciddi bir vəzifə dayanır. 2024-cü il iyulun 1-dək Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başa çatdırılması və tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq sənədin təsdiqinə başlamaq barədə razılığa gəlməsi proseslərin ardıcıllığının təmin olunması üçün hüquqi bazisin formalaşdırılması baxımdan mühümdür. Eyni zamanda, tərəflər delimitasiya prosesində Alma-Ata Bəyannaməsinə əsaslanılması, həmçinin həmin baza prinsipini cari layihədə təsbit etmək, sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişlə bu Əsasnamə arasında hər hansı uyğunsuzluq yaranarsa, atılacaq addımların müəyyənləşməsi gələcəkdə əlavə mübahisə predmetlərinin ortaya çıxmasının qarşısını almış olacaq. Bu məqam, habelə Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığın əldə olunması, eyni zamanda, növbəti görüşlərin keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılma təcrübəsinin oturuşması başqa bir konseptual məsələnin həllini tapdığını – hər hansı üçüncü tərəfin vasitəçilik təşəbbüslərinə daha ehtiyac qalmadığını göstərir. Bu isə Azərbaycanın ilk gündən nümayiş etdirdiyi prinsipial niyyətlə üst-üstə düşür.

Təbii ki, prosesləri qabaqlamaq faydalı deyil, lakin indiki məqamda dəqiqləşən növbəti addım Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərindən erməni ordu hissələrinin çıxarılaraq həmin məntəqələrin təhvil verilməsindən sonra sərhəd xəttinin razılaşdırılmış hissələrində tərəflərin öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi təşəbbüsüdür. Daha sonra isə növbə anklav kəndlərindir”, - deyə deputat bildirib.

O əlavə edib ki, hələ yolun başlanğıcındayıq, daha ciddi addımların atılması və xüsusən sülh, sabitlik üçün yaranmış bu unikal imkanın hədər getməməsi üçün Ermənistanın iradə nümayiş etdirməsi vacibdir. Sirr deyil ki, bu prosesi pozmaq istəyən xeyli sayda maraqlı subyektlər var və indiki məqamda əgər Paşinyan iqtidarı iradəsini qorumasa və proses üzrə öhdəliklərindən geri çəkilsə, bu, ilk növbədə, elə erməni xalqının rifahı, təhlükəsizliyi və maraqlarına tarixi zərbə olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası baş tutub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Göygöldə qanunsuz tikili sökülüb VİDEO

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb