Qazaxıstan nüvə texnologiyalarının potensial təchizatçıları ilə danışıqlar aparır
Astana, 17 dekabr, AZƏRTAC
Qazaxıstanın Almatı vilayəti, Ulken kəndi yaxınlığında gücü 2-2,8 QVt olan atom elektrik stansiyasının tikintisi planlaşdırılır.
AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda nüvə texnologiyalarının potensial təchizatçıları ilə fəal danışıqlar aparılır.
Xatırladaq ki, 2024-cü il oktyabrın 6-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinə əsasən, Qazaxıstan vətəndaşlarının əksəriyyəti atom elektrik stansiyasının tikintisi təşəbbüsünü dəstəkləyib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]