Qazaxıstanda 4500-dən çox insan orqan transplantasiyası üçün növbə gözləyir
Bakı, 5 fevral, AZƏRTAC
Qazaxıstanda orqan transplantasiyasına ehtiyacı olan şəxslərin sayı 4 min 506 nəfərə çatıb.
AZƏRTAC Qazaxıstanın Qazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən il Qazaxıstanda 68 həyati vacib orqan transplantasiyası icra edilib. Donor çatışmazlığı səbəbindən 342 xəstə lazımi orqanı ala bilməyib.
Məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyi donorluq sisteminə olan etimadı artırmaq və mütəxəssis hazırlığını gücləndirmək üçün tədbirlər görür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]