Qazaxıstanda 46-cı şaxtaçının qalıqları tapılıb VİDEO
Bakı, 31 oktyabr, AZƏRTAC
Qazaxıstanda Karaqandı vilayətində yerləşən Kostenko adına mədəndə 45-ci şaxtaçının cəsədi, birinin isə qalıqları tapılıb.
AZƏRTAC Kazınform agentliyinə istinadla xəbər verir ki, bunu Qazaxıstanın fövqəladə hallar naziri Sırım Şaripxanov deyib. Onun sözlərinə görə, indiyədək həlak olanlardan 40-nın şəxsiyyəti müəyyənləşib.
“Mədən yollarının uzunluğu, elektrik enerjisinin olmaması, mexanizmlərin dağılması axtarış işlərini çətinləşdirir. Mədənin bəzi hissələrinin suyun altında qalması da əlavə çətinliklər yaradır. Hazırda açıq yanğın yoxdur, qaz şəraiti normaldır”, - deyə nazir bildirib.
Xatırladaq ki, noyabrın 28-də Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə partlayış və yanğın baş verib. Hadisə zamanı mədəndə olan 252 nəfərdən 205-i xilas edilib. Xəsarət alan 27 şaxtaçı hazırda xəstəxanada müşahidə altındadır. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:57]
Ukraynanın Xarkov vilayətinə hücum zamanı 7 mülki şəxs həlak olub
- 24.09.2026 [12:44]
İrakli Kobaxidze BMT-nin Baş katibi ilə regiondakı vəziyyəti müzakirə edib
- 24.09.2026 [12:41]
Maka Boçorişvili: Gürcüstan 2027-ci ildə ATƏT-ə sədrlik etməyə hazırdır
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]