Qazaxıstanda epidemioloji vəziyyət tədricən sabitləşir
Nur-Sultan, 25 may, AZƏRTAC
Qazaxıstanda koronavirusa yoluxma hallarının azalmasında müsbət dinamika qeyd edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstanın səhiyyə naziri Aleksey Tsoy bildirib. Hazırda ölkədə xəstələnmə hallarının azalmasının müsbət dinamikası və epidemioloji vəziyyətin tədricən sabitləşməsi müşahidə olunur. Aprel ayının sonu - may ayının əvvəlində həftəlik xəstələnmə sayı ilə müqayisədə ötən həftə ərzində dörd min azalma qeydə alınıb.
Nazir bildirib ki, ümumiyyətlə, son bir ay ərzində yoluxma sayında 20 faiz azalma müşahidə olunub.
Xatırladaq ki, Qazaxıstanda "qırmızı " zonada Nur-Sultan, Almatı, Akmola, Karaqanda, Atırau vilayətləri yer tutur. Qərbi Qazaxıstan vilayəti "qırmızı" və "sarı" zonalar arasında yerləşir. "Sarı" zonada altı region - Aktyubinsk, Pavlodar, Kostanay, Manqistau, Şimali-Qazaxıstan, Şımkənd şəhəri yerləşir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]