Qazaxıstanda Orta Dəhlizin əsas xəttinin tikintisi son mərhələyə qədəm qoyur
Astana, 24 iyul, AZƏRTAC
Qazaxıstanda 323,3 kilometrlik yeni Moyıntı-Kızıljar dəmir yolu xəttinin tikintisi davam edir.
AZƏRTAC Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, bu xətt Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) mühüm hissəyə çevriləcək, habelə regionun tranzit və ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Yeni xətt Ulıtau və Karaqanda bölgələrindən keçir.
Tikinti işləri qrafikə uyğun davam edir. Bu günə qədər qazıntı işlərinin 93 faizi başa çatıb, 202,5 kilometr uzunluğunda yol çəkilib, 96 suötürücü boru və yeddi körpü tikilib. Layihə üzərində təxminən 2000 mütəxəssis çalışır və təqribən 700 ədəd texnika cəlb olunub. Magistralın istifadəyə verilməsi Orta Dəhliz boyunca yükdaşıma məsafəsini 149 kilometr azaldacaq, Moyıntı və Jarık stansiyalarında lokomotiv dartmasının dəyişdirilməsinə ehtiyacı aradan qaldıracaq və çatdırılma sürətini əhəmiyyətli dərəcədə artıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]