Qazaxıstanın bəzi bölgələrində məktəblər onlayn rejimdə fəaliyyət göstərməyə başlayıb
Bakı, 23 yanvar, AZƏRTAC
Şaxtalı və qarlı hava şəraiti ilə əlaqədar olaraq, Qazaxıstanın bəzi bölgələrində məktəblər onlayn rejimdə fəaliyyət göstərməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Kazinform informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Astanada təkcə məktəblilərin deyil, kollec və universitet tələbələrinin də dərsləri dayandırılıb. Onların hamısı distant təhsil formatına keçirilib.
Ölkədə növbəti üç gün ərzində temperaturun daha da aşağı düşəcəyi gözlənilir.
Xatırladaq ki, dünən də əlverişsiz hava şəraiti ilə əlaqədar Qazaxıstanın beş rayonunun məktəblərində dərslər dayandırılmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]