Qazaxıstanın türk dövlətlərinə göndərəcəyi tranzit yükün həcmi artacaq
Bakı, 29 may, AZƏRTAC
Qazaxıstan Parlament Məclisinin deputatları Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında Sazişi ratifikasiya ediblər.
Bu barədə AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir.
Nəqliyyat naziri Marat Karabayevin sözlərinə görə, bu saziş müxtəlif nəqliyyat növlərindən istifadə edərək beynəlxalq yük daşımalarının sadələşdirilməsinə və TDT-yə üzv dövlətlər arasında ticari-iqtisadi əlaqələrin inkişafına yönəlib.
“2023-cü ilin nəticələrinə görə, Qazaxıstan ilə TDT-yə üzv dövlətlər arasında yükdaşımaların həcmi təxminən 35 milyon ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisindən 20 faiz çoxdur. Sazişin qəbul edilməsi Qazaxıstanın tranzit yükdaşımalarının həcminin daha da artırılmasına şərait yaradır. Bu, ölkənin nəqliyyat-tranzit potensialının inkişafına müsbət təsir göstərəcək”, - deyə Marat Karabayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]