Qazaxıstanlı tədqiqatçı AXC-nin dövlət möhürü ilə bağlı paylaşım edib
Astana, 20 mart, AZƏRTAC
Qazaxıstanlı tədqiqatçı Muhit-Ardager Sıdıqnazarov IX-XX əsrlərə aid türk ölkələrinin Avropa və ABŞ-da saxlanılan kartoqrafik arxiv materialları ilə bağlı araşdırmaları çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlət möhürü barədə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, tədqiqatçı sosial şəbəkə hesabında Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) dövlət möhürünün izi ilə bağlı məlumat yayıb.
Paylaşımda bildirilib ki, möhürün izi AXC parlamentinin sədri və Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri olan Əlimərdan bəy Topçubaşovun məktublarında, həmçinin kartoqrafik materiallara əlavə edilən müşayiətedici sənədlərdə yer alıb.
Qeyd olunub ki, möhürün üzərində dövlətin rəsmi adı fransız dilində “République D’Azerbaïdjan” kimi göstərilib.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də elan olunub.
Astana