Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazi İbrahim Həsənov: Əl qumbarasını hazır saxlamışdım ki, düşmən yaxınlaşanda partladım

Qazi İbrahim Həsənov: Əl qumbarasını hazır saxlamışdım ki, düşmən yaxınlaşanda partladım

Ağdam, 14 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

44 günlük Vətən müharibəsində biz haqq yolunda, öz torpaqlarımız uğrunda döyüşürdük. Bu, bizə güc və ruh yüksəkliyi verirdi. Ona görə 30 il işğal altında qalan torpaqlarımızı 44 gündə azad etdik. Qürur duyuram, xoşbəxtəm ki, qazanılan Zəfərdə mənim də zərrə qədər olsa da, əməyim var.

Bunu AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 44 günlük Vətən müharibəsi qazisi İbrahim Həsənov deyib.

İbrahim Həsənov 1987-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Uşaq yaşında ikən kəndi işğal edilən, ailəsi ilə birlikdə çadırlarda ağır köçkünlük həyatı yaşayan İbrahimin ən böyük amalı torpaqlarımızın azad edilməsi və düşməndən qisas almaq olub. Odur ki, hərbi xidməti başa vurandan sonra 2009-cu ildən müddətdən artıq hərbi xidmətə başlayıb. Bir çox döyüş tapşırıqlarını yerinə yetirib. Dəfələrlə düşmən təxribatının qarşısının alınmasında, 2016-cı il Aprel döyüşləri zamanı Talış yüksəkliyinin azad olunmasında iştirak edib. 44 günlük Vətən müharibəsində isə Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərib. Füzuli rayonundakı Məngələnata yüksəkliyi uğrunda döyüşlərdə yaralanıb.

O, 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışaraq deyir: “İlk döyüşlərimiz Kəlbəcər istiqamətində oldu. Şiddətli döyüşlərdən sonra yüksəklikləri azad etdik. Azad etdiyimiz yerlərdə digər bölmələri yerləşdirib Cəbrayıl istiqamətinə yollandıq. Tapşırıq Cəbrayıl rayonu ərazisində düşmənin müdafiə xəttini yarmaq idi. Düşmən elə bilirdi ki, 30 il ərzində qurduqları istehkam qurğuları alınmazdır. Amma Azərbaycan Ordusu nəyə qadir olduğunu göstərdi. Düşmənin alınmaz hesab etdiyi müdafiə xəttini keçdik, düşməni məhv etdik və postları aldıq”.

Növbəti tapşırıq düşmənin ikinci eşalonunu yarmaq idi. İbrahim və döyüş yoldaşları ilə buna da nail olurlar. Qarşıda Cəbrayılın azad olunması tapşırığı var idi. Qəhrəman hərbçilərimiz düşmən arxasına keçərək, lazımi döyüş tapşırıqlarını yerinə yetirirlər. Strateji yüksəkliklər azad olunur və Cəbrayıl düşməndən təmizlənir. “Cəbrayıldan heç bir əsər-əlamət qalmamışdı, şəhər yerlə-yeksan idi. Qəbirləri də dağıtmışdılar. Bunları gördükdə kədərlənir, eyni zamanda, torpaqlarımızı azad etdiyimiz üçün sevinirdik”, - deyə o bildirir.

İbrahim deyir ki, döyüşə yollanan Azərbaycan hərbçilərində çox böyük ruh yüksəkliyi var idi: “Qazanılan Qələbəyə Ali Baş Komandanın, Ordunun və xalqın birliyinin sayəsində nail olundu. Orduya arxadan dəstək əsgərlər üçün böyük ruh yüksəkliyi idi. Döyüşlər gedən vaxt bizə bir günlük istirahət vermişdilər. Bizim üçün göndərilən bağlamanın birini açdım. Bağlamadan çıxan məktubda “Biz sizə güvənirik” sözləri yazılmışdı. Oxuyub kövrəldim, dedim ki, biz qalib gəlməliyik. Bizə olan bu güvəni doğrultmalıyıq. Belə də oldu, xalqın güvənindən, dəstəyindən, birliyindən ruhlanıb irəli getdik”.

Cəbrayılda Azərbaycan Bayrağı dalğalandıqdan sonra istiqamət Füzuli idi. 1993-cü ildə düşmən onun doğma kəndini işğal etmişdi və köçkün düşmüşdülər. Çadırlarda köçkünlük həyatının çətinliklərini yaşamışdı. 1993-cü ildə isə əmisi şəhid olmuşdu. O zaman qəhrəmanımızın 6 yaşı vardı. Bütün bu yaşananlar onda düşmənə nifrət hissi yaratmışdı. Ona görə də Füzulinin azad olunması uğrunda döyüşlərə qatılanda qisas hissi daha güclü idi. İbrahim və döyüş yoldaşları şiddətli döyüşlərdə Füzuli rayonu ərazisindəki Məngələnata yüksəkliyini azad edirlər. Oktyabrın 16-da isə yaralanır və Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də Füzulinin azad olunması xəbərini xalqımıza çatdırır.

İbrahim Həsənov ən çox təsirləndiyi döyüşlərdən birinin Məngələnata yüksəkliyində olduğunu bildirir. “Biz yüksəkliyi azad etdikdən sonra düşmən həmin yeri geri qaytarmağa çalışırdı. Çünki bizim Məngələnata yüksəkliyinin azad etməyimizlə düşmənin briqadası Füzulidə mühasirədə qalmışdı. Düşmən Məngələnata yüksəkliyini ələ keçirmək üçün hərəkətə keçdi və bütün gücü ilə atəşə başladı. Qərara gəldik ki, koordinatımızı bölmələrimizə verək, bizim də olduğumuz ərazini artilleriyadan atəşə tutsunlar. Hamımız şəhid olmağa razı idik, təki düşmən məhv edilsin və yüksəkliyi ələ keçirə bilməsin. Əl qumbarasını hazır saxlamışdım ki, düşmən yaxınlaşanda partladım. Lakin bizim “Harop”-lar düşmənin ağır texnikasını məhv etməyə başladı. Rabitədə eşitdik ki, düşmən məhv olub. Bu, Vətən müharibəsində yaşadığımız ən təsirli hadisələrdən biri idi”, - deyən İbrahim Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etdiyi üçün böyük qürur və şərəf duyduğunu söyləyir.

Prezidentin sərəncamları ilə gizir İbrahim Həsənov "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb