“Qəbələ” futbol üzrə Azərbaycan kubokunun finalına yüksəlib
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 18-də futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinin ikinci cavab oyununda “Neftçi” və “Qəbələ” klubları üz-üzə gəliblər.
AZƏRTAC xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçda hesabı meydan sahibləri açıblar. Soni Mustivar qarşılaşmanın 10-cu dəqiqəsində fərqlənib. Bu qoldan sonra təzyiqi artıran “Qəbələ” Baqali Dabonun 20-ci və 30-cu dəqiqələrdə vurduğu qolla hesabda önə çıxıb. İlk hissə bu hesabla yekunlaşıb.
Fasilədən sonra “Qəbələ” hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 61-ci dəqiqəsində Cavid Hüseynov 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib - 3:1. Oyun bu hesabla da başa çatıb.
Beləliklə, “Qəbələ” komandası ilk oyunda doğma meydanda “Neftçi” klubuna 1:2 hesabı ilə məğlub olsa da, iki qarşılaşmanın yekununa görə ümumi hesabda qalib gələrək (4:3) finala yüksəlib.
Digər finalçı “Sumqayıt”ı mübarizədən kənarlaşdıran “Keşlə” komandası olub.
Qeyd edək ki, Azərbaycan kubokunun finalı mayın 28-də keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda da oynamayacaq
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]