Qəbələ meşəçiləri peşə bayramlarını qeyd etmişlər
Qəbələ, 23 may (AZƏRTAC). Qəbələ rayonunun ekoloqları peşə bayramlarını qeyd etmişlər. AZƏRTAC xəbər verir ki, rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri qoymuşlar.
Tədbirdə çıxış edənlər ekoloqların peşə bayramı münasibətilə həmkarlarını təbrik edərək bildirmişlər ki, təbiətin qorunması, insanların sağlam mühitdə yaşaması və təbii sərvətlərdən xalqın rifahının yaxşılaşdırılması naminə istifadəsi hazırda ölkədə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur. Bu məqsədlə yeni yaşıllıqların salındığını, flora və faunanın mühafizəsi istiqamətində davamlı tədbirlər görüldüyünü vurğulayan natiqlər bildirmişlər ki, sağlam ətraf mühit ideal gələcəyin təminatıdır. İndiki və gələcək nəsillərin sağlamlığının təmin edilməsi, iqtisadi potensialın qorunması, təbii ehtiyatlardan səmərəli istifadə ekoloqların qarşısında duran başlıca məsələlərdir.
Qeyd edilmişdir ki, bu ilin yazında Qəbələnin Bum, Vəndam, Yenikənd və Zarağan meşəbəyliklərinin ərazisindəki dövlət meşə fondunun torpaqlarında 55 hektar sahədə 90 min ədəd qoz, qovaq, şərq çinarı, şam ağacı tingləri əkilmişdir.
Tədbirdə bir qrup meşə təsərrüfatı işçisinə fəxri fərmanlar təqdim olunmuşdur. Daha sonra rayon ərazisindəki tingçilik təsərrüfatında ekoloqların iştirakı ilə iməcilik keçirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]
Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]