Qəbələ rayonunun Zarağan kəndində yeni məktəb binası tikilir
Qəbələ, 11 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunun Zarağan kəndində 1 saylı tam orta məktəb üçün 528 şagird yerlik yeni binanın tikintisinə başlanılıb. Prezident İlham Əliyevin ötən il iyulun 30-da imzaladığı Sərəncama əsasən inşa edilən yeni məktəb binasının tikintisi üçün Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin vəsait ayrılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon Təhsil Şöbəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, beş yüzdən çox şagirdin təhsil aldığı məktəbin hazırkı binası uzun illər istismar edildiyindən son vaxtlar yararsız vəziyyətə düşüb. Müasir standartlara uyğun inşa ediləcək üçmərtəbəli yeni məktəb binasının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda məktəb binasının tikintisində bünövrənin qazılması işləri görülür.
Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə son illər Qəbələ rayonunda 6-sı modul tipli olmaqla, 36 yeni məktəb binası tikilib istifadəyə verilib, 10 məktəb binası isə əsaslı təmir olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:44]
Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək
- 16.06.2026 [19:36]
Tovuzda 22 yaşlı oğlan çayda batıb
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]