“Qəbələ” yoxlama oyununda Şimali Makedoniya klubuna qalib gəlib
Bakı, 21 yanvar, AZƏRTAC
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, baş məşqçi Elmar Baxşıyevin yetirmələri Antalya toplanışında ikinci sınağına çıxıb. Təmsilçimiz Şimali Makedoniyanın “Boreç” klubu ilə üz-üzə gəlib. “İC Santai” otelinin futbol mərkəzində baş tutan matçın hər hissəsi 35 dəqiqədən ibarət olub.
Matçda “Qəbələ” 1:0 hesablı qələbə qazanıb. Bu, Azərbaycan komandalarının 2022-ci ildə keçirilən oyunlarda ilk qələbəsi olub.
Qeyd edək ki, “Qəbələ” ilk yoxlama oyununda Polşanın “Yagelloniya” komandasına 1:2 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]