Qəbələdə “31 Mart soyqırımı - tarixin qan yaddaşı” mövzusunda tədbir keçirilmişdir
Qəbələ, 30 mart (AZƏRTAC). Qəbələ Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “31 Mart soyqırımı - tarixin qan yaddaşı” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə natiqlər ermənilərin törətdiyi kütləvi qətl və qırğınlardan ürəkağrısı ilə danışmışlar. Qeyd olunmuşdur ki, tədbirin əsas məqsədi övladlarımızı vətənpərvərlik ruhunda tərbiyə etmək, erməni soyqırımının dəhşətlərini, erməni vandalizminin çirkin xislətini bir daha göstərmək, soydaşlarımızı həqiqətin təntənəsinə inandırmaqdır.
Tədbirdə “31 Mart soyqırımı alın yazısı deyil, erməni vəhşiliyinin nəticəsidir” mövzusunda məruzə edən Mıxlıqovaq kənd tam orta məktəbinin müəllimi Mətanət Abdullayeva Bakı, Şamaxı və Qubada baş vermiş soyqırımı hadisələrindən söhbət açmışdır. Şəhər 1 nömrəli məktəbin müəllimi Pərvanə Tahirovanın və 4 nömrəli məktəbin müəllimi Azadə Məmmədyarovanın çıxışında erməni vəhşilikləri faktların dili ilə tədbir iştirakçılarının nəzərinə çarpdırılmışdır.
Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]