Qəbələdə ətraf mühiti çirkləndirənlər barəsində qanunamüvafiq tədbirlər görülüb
Bakı, 9 fevral, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, keçirilən nəzarət tədbirləri zamanı məişət tullantılarını tutumlardan (urnalardan) kənar ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.
Onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [20:44]
Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO
- 12.10.2026 [14:49]
Babək rayonunda üçəm dünyaya gəlib
- 12.10.2026 [12:01]