QƏBƏLƏDƏ MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR
Çıxış edən natiqlər 15 İyun gününün Azərbaycan tarixindəki siyasi əhəmiyyətindən danışmış, ulu öndərimiz Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən söhbət açmışlar. Qeyd olunmuşdur ki, Heydər Əliyev xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra respublikamızda vətəndaş müharibəsinin, özbaşınalığın qarşısı alınmış, davamlı siyasi sabitlik yaranmış, iqtisadiyyatın, mədəniyyətin, elmin inkişafında, ümumiyyətlə, həyatımızın bütün sahələrində böyük uğurlar əldə olunmuşdur.
Sonra tədbirdə “Heydər Əliyev” və “Bir həsədin tarixi” filmlərindən fraqmentlər göstərlimişdir. Şəhərin kütləvi istirahət yerlərində musiqili bayram tədbirləri, idman oyunları, gəzintilər təşkil olunmuşdur.
X X X
Milli Qurtuluş günü ərəfəsində Qəbələ rayonunda qum-çınqıl zavodu, mərkəzi xəstəxanada reanimasiya və diaqnostika şöbələri, Hacallı kəndində avtomat telefon stansiyası, şəhərin yeni su xətti istifadəyə verilmişdir. Bu obyektlərin açılış mərasimdə Mili Məclisin deputatı Fəttah Heydərov iştirak etmişdir.