Qədim Misirə aid 100-dən çox mumiya tapılıb
Qahirə, 16 noyabr, AZƏRTAC
Misirin Saqqara arxeoloji məkanında 100-dən çox mumiya aşkar edilib.
AZƏRTAC xəbər verir ki, Misirin turizm və qədim abidələr naziri Xalid Ənani ölkədə fəaliyyət göstərən xarici jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında onları təqdim edib. O bildirib ki, oktyabrın 3-də beynəlxalq arxeoloji ekspedisiya həmin ərazidə 101 mumiya tapıb. Bundan əvvəl isə Saqqarada 59 sarkofaq aşkar edilib.
Nazir məlumat verib ki, tapılan mumiyaların olduğu tabutlar Qədim Misirin son - Ptolemeylər sülaləsinin hakimiyyəti dövrünə aiddir və mütəxəssislər onların 2500 il yaşı olduğu qənaətindədir. Mumiyalarla yanaşı, Saqqarada 40 kiçik heykəl, dəfn maskaları və iki taxta heykəlcik də aşkar edilib.
Qeyd olunub ki, son qiymətli arxeoloji tapıntılar gələn il açılışı olacaq Böyük Misir Muzeyində və ölkənin yeni inzibati paytaxtındakı Mədəniyyət və İncəsənət Muzeyində nümayiş etdiriləcək.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]