“QƏLƏM VƏ MİKROFON”
“Hüquq ədəbiyyatı” nəşriyyatı Azərbaycanın əməkdar jurnalisti Aqşin Babayevin “Qələm və mikrofon” adlı kitabını nəfis şəkildə çapdan buraxmışdır. Kitab “Heydər Əliyevin jurnalistika məktəbi” sərlövhəli məqalə ilə açılır. Burada müəllif Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi dəyərli tövsiyyələri, göstərdiyi böyük qayğını və daimi diqqəti konkret misallarla əks etdirmişdir.
Aqşin Babayevin bu kitabında onun müxtəlif illərdə dövri mətbuatda dərc olunmuş “Respublikamızda informasiya fəaliyyətinin hüquqi təminatı”, “Azərbaycanı dünya eşidir”, “Azərbaycana istiqamətlənən xarici radiostansiyaların xüsusiyyətləri”, “Körpü”dən başlanan yol” və başqa yazılalrı da toplanmışdır.
Kitabın “Radio tilsimli dünyadır” bölməsində isə müəllif radioda işlədiyi illər ərzində Bülbül, Niyazi, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Əliağa Vahid kimi sənət və ədəbiyyat xadimlərimizlə görüşlərindən söz açır.
Kitabın redaktoru və ön sözün müəllifi hüquqşünas-jurnalist, “Qızıl qələm” mükafatı laureatı Eldar Əfəndiyevdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [13:00]
Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır
- 07.08.2026 [12:27]
Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib
- 07.08.2026 [12:03]
Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq
- 07.08.2026 [11:58]
BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək
- 07.08.2026 [11:44]
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib
- 07.08.2026 [11:28]
Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?
- 07.08.2026 [10:58]