Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbi Azərbaycanın mənimsənilməyə cəhd edilən mədəni irsi - Qız qalası

Bakı, 4 noyabr, AZƏRTAC

Ermənilərin ermənicə tərcümədə “Axçka Berd” adlandırdıqları Qız qalası Qərbi Azərbaycanın (indiki Ermənistan) Tovuz mərzi deyilən ərazisində yerləşir. 1995-ci ildə ermənilər tarixi saxtakarlığa yol verərək ərazinin adını dəyişib “Tavuş” adlandırıblar. Ermənilərin sahib çıxmaq istədikləri Qız qalası abidəsinin kimə məxsus olması və nə məqsədlə, kim tərəfindən tikildiyini öyrənmək üçün qalanın adına nəzər salaq. "Qız" sözünün qədim mənalarını araşdıranda məlum olur ki, bu, erməni mədəniyyətindən çox uzaqdır. Belə ki, erməni lüğətlərində tapılmayan bu sözə qədim türk sözlüklərində rast gəlinir. Məlum olur ki, qədim türk sözlüklərində “qız” sözünün iki mənası olub: biri gənc qadın, digəri isə quzğun (yırtıcı quş).

Bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Qərbi Azərbaycanın mənimsənilməyə cəhd edilən mədəni-irsi - Qız qalası” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qədim türklər qartal, quzğun, şahin kimi yırtıcı quşları totem və onqonlarına daxil etmişdilər. Türklər bu quşlara xilaskar, qoruyucu kimi baxırdılar və yaşadıqları yerlərə hətta övladlarına da bu quşların adlarını verirdilər ki, totem və onqonlar onları qorusunlar. Məhz bu baxımdan Qız qalasının adının da bu inamdan yarandığı ehtimalı daha uyğun görünür. Hələ Hun dövründən məlum olan “qırqız” etnonimində də “qız” sözü “quzğun” mənasında işlənib. “Qır” sözü isə indi də türk dillərinin çoxunda “bozqır”, “səhra”, “çöl” kimi mənalandırılır. Ehtimal etmək olar ki, qalanın qır-qız - yırtıcı çöl quşu adlandırılması türk mənşəyinə uyğunluğunu sübut edir. Eyni zamanda, bu ad xalqın əzmkarlığını, iradəsini, cəsurluğunu, döyüşkənliyini ifadə edir ki, bu da yalnız türk xalqlarına aid xarakterdir.

Qız qalası meşə ilə örtülü gözəl görüntülü Araxçan çayı ətrafındakı dağ zirvəsində tikilib. Qalanın ətrafı sıldırım qayalar, hündür mühafizə divarları və qüllələrlə əhatə olunub. Qala iki hissədən - yuxarı qala və aşağı qaladan ibarətdir, təxminən 10 hektar ərazini əhatə edir. Qalanın Şimal hissəsində çoxlu sayda bina xarabalıqları öz mövcudluqlarını indi də qoruyub saxlayır.

Hazırda Qız qalası barədə erməni alimlərinin uydurduqları nağıl və rəvayətlərin heç biri reallığı əks etdirmir. Belə ki, Azərbaycanın bu mədəni irs nümunəsini mənimsəmək üçün, erməni rəvayətlərinin və hətta “tədqiqatlarının” heç birinin elmi əsası yoxdur. Hətta ermənilərin qala barədə bir mənbədə uydurduqları, digər erməni mənbələrində elə özləri tərəfindən təkzib olunur. Erməni mənbələri qalanın adının “Cayenne” olduğunu iddia edir və monqol işğalı zamanı işğalçılara tabe olmayan erməni qız özünü qaladan çaya atıb öldürür. Bundan sonra “Cayenne” qalası, “Qız qalası” adlandırmağa başlayırlar. Erməni məlumatından belə məlum olur ki, qala monqol işğalından öncə mövcud olub. Qalanı sonralar monqollar işğal ediblər. Lakin digər erməni mənbələrində qalanın XII əsrdə tikildiyini iddia edirlər. Bu iddia qalanın monqol işğalı dövrü mövcud olmadığını göstərir. Ermənilərin də iddia etdikləri kimi qala XII əsrdə tikilibsə, həmin dövr, yəni, XII-XIII əsrlərdə bu ərazilər Səlcuq İmperiyasının tərkibində olub. Həmin dövrdə, Səlcuq Dövləti xarici təcavüzlərdən qorunmaq üçün, nəzarət etdikləri ərazilərdə bir çox istehkamlar, qalalar tikirdilər ki, onun biri də Tovuz mərzində yerləşən Qız qalasıdır.

Abidənin memarlıq quruluşunun müayinəsi zamanı onun həqiqətən də XII-XIII əsrlərdə Səlcuqlar tərəfindən tikildiyini ehtimal etmək olur. Lakin ermənilər bu qalanın da divar yazılarını, qəbirüstü abidələri, qala daxilindəki tikintilər üzərindəki elementləri dağıdaraq qala haqqında bütün məlumatları məhv ediblər. Üzərindəki divar yazılarının silinməsi abidəni öz tarixindən məhrum etmək məqsədi daşıyır və bu, ermənilər tərəfindən törədilən növbəti vandalizm aktıdır.

Göründüyü kimi, bu abidəni öz mədəni irslərinə aid etmək üçün ermənilərin iddialarının heç bir əsası yoxdur. Belə ki, XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində Rusiya tərəfindən suverenliyi elan olunan Ermənistan bu ərazilərdəki daşınan və daşınmaz mədəni irs nümunələrini mənimsəməklə özlərinə saxta tarix yaratmağa cəhd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADPU-da seminar: Psixoloq nəyi bilməməlidir?

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxracı və idxalı Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı əsasında həyata keçirilən malların Siyahısında və həmin Siyahının “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

ADY-nin Astara Terminalında yük daşımaları 33 faiz artıb

Polşada azərbaycanlı rəssamın sərgisi və filmi təqdim olunub

Finlandiya vətəndaşlıq testi tətbiq edir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Her-Her məbədi

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Bakıda NATO-nun təlim kursu keçirilir

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

Fransada polis avtomobili etiraz aksiyası keçirən şagirdlərin üstünə sürüb

Beynəlxalq konfransın iştirakçıları Xocalı Soyqırımı Memorialı ilə tanış olublar YENİLƏNİB

Azərbaycanda üst geyim istehsalı 50 faizdən çox artıb – QRAFİK

Prezidentin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycan iqtisadiyyatı üçün faydalıdır - ŞƏRH

Azərbaycan regionlararası əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir- ŞƏRH  

İrakli Kobaxidze: Orta Dəhlizə marağın artdığı bir vaxtda dəmir yollarının rolu daha da aktuallaşır

Fərid Qayıbov: Milli-mənəvi dəyərlərə bağlı gənclik cəmiyyətin gələcəyinin təminatçısıdır

® “Kapital Bank” istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Gecikdirilmiş 548 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Azərbaycan Mərkəzi Asiya ilə vahid geoiqtisadi məkanın formalaşmasında mühüm rol oynayır - ŞƏRH

Vəkillər hüquq praktikasında və məhkəmə sistemində süni intellektlə bağlı müzakirələr aparıblar

Fəlsəfə doktoru: Milli-mənəvi dəyərlər gənclərə izah və müzakirə yolu ilə aşılanmalıdır

Xəzər regionu ölkələrinin alimləri Aktauda dənizin ekoloji problemlərini müzakirə ediblər

Azad edilmiş ərazilərdə vergi və gömrük güzəştlərinin tətbiq dairəsi genişləndirilib

Pərakəndə ticarət dövriyyəsi 4 faizə yaxın artıb

Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 9 oktyabr

Paşinyan: Azərbaycan dəmir yolları yüklərin Ermənistana daşınması üçün istifadə olunur, qarşıda TRIPP layihəsinin reallaşdırılması var

İqtisadiyyata kredit qoyuluşları 14,5 faiz artıb

Umud Mirzəyev: Azərbaycanın yaratdığı yeni reallıqlar tarixi ədalətin və milli birliyin təntənəsidir

AMADA "Kəpəz" klubunda seminar keçirib

Fiziki şəxslərin banklardakı əmanətləri artıb

Əsas kapitala yönəldilən investisiyanın məbləği açıqlanıb

Sənaye sektorunda 51 milyard manatdan çox məhsul istehsal edilib

VK-nın sədri: Süni intellektin yaratdığı çağırışlara hüququn necə cavab verməli olduğunu nəzərdən keçirmək əhəmiyyətlidir

İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin 17-ci ildönümü qeyd edilib

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir

Deputat: Azərbaycanda rəqəmsallaşma və innovasiya siyasəti uğurla koordinasiya olunur

Əhalinin gəlirləri artıb

Komitə: Azərbaycanda orta aylıq əməkhaqqı 7 faizdən çox artıb

Tuğ qoruğunda Alban xristian irsi ilə bağlı arxeoloji tədqiqatlar aparılıb

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNİB VİDEO

Anar Bağırov: Kollegiyaya qəbul olunan vəkillərin əksəriyyətini gənclər təşkil edir

Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanın xarici dövlət borcu azalıb

Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

Aynur Sofiyeva: Uşaqlarda informasiya axınının təhlili və seçim etmək bacarığı formalaşdırılmalıdır

Azərbaycanın orta güc kimi yüksəlişi: müstəqil və çoxvektorlu xarici siyasətin rolu

Tərlan Həsənov: Murad Fətiyev 4 yaşından yanımdadır, genetik xüsusiyyətləri ikiqat SSRİ çempionu olan atasından gəlir

Azərbaycanda ÜDM artıb

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

Türkiyənin daxili işlər naziri cinayətkarlığa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb

NTD amerikalı basketbolçunu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laporoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir