Qərbi Balkan ölkələrinin xarici işlər nazirləri İtaliyaya toplaşacaq
Roma, 1 fevral, AZƏRTAC
Fevralın 5-də İtaliyanın paytaxtı Romada Qərbi Balkan ölkələrinin xarici işlər nazirlərinin görüşü keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüşün məqsədi Qərbi Balkan regionunun Avropaya inteqrasiyası ilə bağlı 2024-cü ildə görüləcək işləri müzakirə etmək, prioritetlər üzrə koordinasiyanı gücləndirməkdir. İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayaninin sədrliyi ilə keçiriləcək görüşdə “Qərbi Balkanların Dostları” qrupuna daxil olan ölkələrin - Albaniya, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Monteneqro və Serbiyanın xarici işlər nazirləri iştirak edəcək.
2023-cü ildə yaradılan “Qərbi Balkanların Dostları” qrupu İtaliya, Avstriya, Çexiya, Xorvatiya, Slovakiya, Yunanıstan və Sloveniyanı birləşdirir. Qrup Avropa İttifaqının Qərbi balkan regionuna diqqətini artırmaq, inteqrasiya prosesinin sürətləndirilməsini təşviq etmək məqsədilə yaradılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]
Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir
- 12.06.2026 [15:59]
Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb
- 12.06.2026 [15:51]
Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]