Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qərbin nigaranlığına səbəb olmuş siyasət - ŞƏRH

Qərbin nigaranlığına səbəb olmuş siyasət -  ŞƏRH

Bakı, 16 oktyabr, AZƏRTAC

Etiraf olunmalıdır ki, təqribən son üç il ərzində ölkənin siyasi həyatı canlanıb. Unudulmuş və ölkənin siyasi leksikonunda arxaizmə çevrilmiş siyasi partiyalar indi nəinki dildən düşmür, onlar ölkənin siyasi həyatında fəal iştirak edirlər. Təsadüfi deyil ki, son üç ili xarakterizə edən əsas tendensiyalardan biri də ölkənin siyasi partiyalar sistemində aparılan davamlı islahatlar və iqtidarın mövcud istiqamətdəki təşəbbüsləridir.

Eyni zamanda, bütün məsuliyyətlə deyə bilərik ki, ölkənin demokratik ənənələrinin zənginləşdirilməsi məsələsində hakimiyyətin digər strateji əhəmiyyət kəsb edən təşəbbüsü məhz siyasi dialoq mühitinin təşviqi ilə bağlıdır. Siyasi dialoq bilavasitə demokratik münasibətlərinin ruhunu əks etdirən sosial-siyasi təzahürdür. Dialoq siyasəti əlçatan edir, düşmənçiliyi sağlam rəqabətə çevirir və dövlətin inkişafı naminə cəmiyyətdə olan bütün potensialı səfərbər edir. Siyasi dialoq mühiti, eyni zamanda, milli həmrəyliyin fundamental əsaslarından biridir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq A.Adilin “Qərbin nigaranlığına səbəb olmuş siyasət” sərlövhəli məqaləsində yer alıb.

Politoloq bildirib ki, qeyd olunanları nəzərə alaraq, hakimiyyətin siyasi dialoqla bağlı təşəbbüslərinə qarşı radikalların qərəzli, bəzən hətta şiddəti ifrat dərəcəsində olan tənqidlərinin səbəbləri aydındır. Bu cür xain təfəkkür sabitliyə və həmrəyliyə qarşı hər zaman çıxış edər, habelə müxalifətçiliyə dair öz inhisarçılığını itirməyi də istəməz.

Bəli, bu “paslanmış” və xain təfəkkür sahibi olan radikallarla bağlı hər şey aydındır, bunlar öz cəmiyyət və dövlətinə düşmən gözü ilə baxırlar. Bəs, demokratik dəyərləri öz ekspansiya siyasətinin əsas alətinə çevirmiş Qərb nədən iqtidarın siyasi dialoqla bağlı bütün təşəbbüs və çağırışlarını görməzlikdən gəlir? Axı, “demokratik münasibətlərin bərqərar olunması” ifadəsi Qərb geosiyasətinin strateji şüarıdır. Yoxsa ölkələrdə milli həmrəyliyin bərqərar olması və sabitliyin qorunması onların geosiyasi planlarına daxil deyil? Demokratiya nəzəriyyəsinin müəllifi iddiasında olan Qərb bilmir ki, siyasi dialoq mühiti bilavasitə demokratik münasibətlərin təzahürüdür və dialoq olmayan yerdə fərd öz vətəndaş əhəmiyyətini dərk edə bilməz? Əlbəttə ki, ritorik sualların siyahısı davam etdirilə bilər. Ancaq bilmək lazımdır ki, bu kimi sualların arxasında bizi düşündürən həqiqət gizlənib.

Vurğulanıb ki, bu kimi suallar həqiqəti çılpaq edir. Məhz bunları düşünəndə və qeyd olunan suallara cavablar axtaranda Qərbin “nigaranlığının” əsl səbəblərini başa düşürsən. Xarici qüvvələr öz geostrategiyalarını hədəf seçdikləri ölkənin daxili məsələlərinə müdaxilə etməklə həyata keçirirlər. Konkret ölkədə yaşanan sabitlik və milli həmrəylik mühiti bu qüvvələrin qarşısında “Çin səddi” kimi dayanır.

Elə bu səbəbdən də uzun illər ərzində Qərb bütün postsovet məkanında, o cümlədən Azərbaycanda, iqtidar ilə müxalifət arasında vasitəçilik oyunu oynamağa çalışırdı. Qərbin əsl oyun və manipulyasiyaları öz vasitəçi statusunun əldə edəndən sonra başlayırdı. Qeyd olunan geostrateji fənn hakimiyyət və ölkəni asılılığa salan tələdir.

Odur ki, ölkədə bütün tərəflər arasında açıq və konstruktiv dialoq mühitinin bərqərar olunması xarici qüvvələrin vasitəçilik missiyasına ehtiyacı sıfırlamış olur. Qeyd olunan məsələ bəlkə də xarici qüvvələri ən çox narahat edən amildir. Diqqət yetirin, Qərbin mövcud istiqamətdəki “nigaranlığı” məhz 31 il öncə qəbul olunmuş “Siyasi partiyalar haqqında” Qanunun dəyişdirilməsindən sonra yarandı.

Qeyd edilir ki, ötən dövr ərzində ölkənin ictimai-siyasi həyatında, habelə beynəlxalq münasibətlər sistemində baş verən hadisələr keyfiyyət və mahiyyət dəyişikliklərinə səbəb olmuşdur. Ölkənin qarşısında duran yeni hədəflər siyasi sisteminin gücləndirilməsini tələb edir. Odur ki, siyasi partiyalar ilə əlaqədar baş verən müsbət dəyişiklər ölkənin siyasi sisteminin immunitetinin gücləndirilməsinə xidmət edir. Xarici təhdidlərin artması fonunda ölkənin siyasi sisteminin təhlükəsizliyinin təmin olunması artıq strateji vəzifədir. Siyasi partiyaların xarici qüvvələrin əlində bir alət kimi istifadə olunması qəbulolunmazdır. Təsadüfi deyil ki, siyasi partiyaları tədricən manipulyasiya aləti kimi itirən Qərb son dövrdə öz siyasi jonqlyorluğunu “siyasi məhbus” ifadəsi üzərindən aparır.

“Bir aksiom kimi qəbul olunmalıdır ki, siyasi sabitliyə aparan yol həm də siyasi münasibətlərin sağlamlaşdırılmasından keçir. Həmrəylik mühiti hər bir ölkənin strateji resursudur. Bütün vətənpərvər qüvvələr, o cümlədən siyasi partiyalar da qeyd olunan vəzifənin icraatında fəal iştirak etməlidir. Milli həmrəyliyin ideoloji leytmotivi olan Prezident İlham Əliyevin: “Biz birlikdə güclüyük” ifadəsi hər bir məsuliyyətli vətəndaşın siyasi təfəkkürünün əsasını təşkil etməlidir ki, ölkəmizə dost olmayan dövlətlərin “nigaranlığı” davamlı olsun”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qubada ilk qar

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb