İQTİSADİYYAT
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARI İNFORMASİYATEXNOLOGİYALARI SAHƏSİNƏ DƏ NÜFUZ EDİRLƏR
Cəmiyyətin informasiyalaşdırılmasında qeyri-hökumət təşkilatlarının da müəyyən rolu vardır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin təşkilatlar əhalinin informasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsi, dövlət orqanlarında və özəl şirkətlərdə bu texnologiyaların tətbiqi ilə əlaqədar bir sıra layihələr həyata keçirirlər. Cari ilin altı ayı ərzində qeyri-hökumət təşkilatları belə işlərə 4,5 milyon ABŞ dolları məbləğində vəsait xərcləmişlər.