QİÇS QURBANLARININ XATİRƏSİ ANILACAQ
Belə tədbir Azərbaycanda ilk dəfə təşkil olunur. “İÇV-QİÇS və çevik qruplar” adlı layihə yalnız miqrant və turist kateqoriyalarından olan şəxslərə yönəldiləcəkdir. Layihənin həyata keçirilməsi çərçivəsində ölkənin nəzarət-buraxılış məntəqələrində - dəniz və hava limanlarında, dəmir yol vağzalında müxtəlif plakatlar, reklam stendləri və çarxları yerləşdiriləcək, QİÇS-in yayılmasına qarşı mübarizə məqsədi ilə təşviqat tədbirləri təşkil olunacaqdır. Layihə çərçivəsində 1,5 milyon adam bəşəriyyət üçün aktual olan bu problem barədə ətraflı məlumatlandırılacaqdır.
Kampaniya mayın 21-də Milli parkda kütləvi qaçışla başlanacaqdır.
Xatırladaq ki, rəsmi statistikaya görə, hazırda Azərbaycanda QİÇS-ə yoluxmuş 978 xəstə var.