Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qılınc və qələm bir yerdə olanda, barış da etibarlı olur

Qılınc və qələm bir yerdə olanda, barış da etibarlı olur

Bakı, 17 iyun, AZƏRTAC

Qardaş Türkiyə ilə münasibətlərimiz hər zaman başqalarından fərqlənib. Dil və din birliyimiz, tarixi bağlarımız, ortaq milli və mənəvi dəyərlərimiz dövlətlərimiz arasındakı əlaqələrə bütün dövrlərdə xüsusi yön verib. Lakin son 30 illik müstəqillik tariximizdə Türkiyə Cümhuriyyəti heç vaxt indiki kimi yanımızda olmayıb. Vətən müharibəsi günlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının açıq şəkildə ölkəmizə verdiyi siyasi-mənəvi dəstək, Ermənistandan daha çox onun havadarlarına xəbərdarlıq demək idi. Bu xəbərdarlıq nəzərə alınmaya bilməzdi. Çünki, müasir tarixində Türkiyə indiki qədər güclü və siyasi çəkiyə sahib olmayıb. Elə bu səbəbdən, qardaş Türkiyə xarici siyasətində və prioritetlərin seçimində artıq daha sərbəstdir. Prezidentlər arasındakı şəxsi əlaqələrin və qarşılıqlı etimadın hazırkı səviyyəsi də bədxahların diqqətindən yayınmır. O da sirr deyil ki, bütün bu məqamlar, xüsusən, son illər qardaş ölkənin regional və geosiyasi proseslərdə artan siyasi çəkisi bəzilərini narahat edib qıcıqlandırır. Azərbaycan cəmiyyəti, həm də bu səbəbdən, hörmətli Rəcəb Tayyib Ərdoğanın Qarabağ səfərini xüsusi həssaslıq və səbirsizliklə gözləyirdi. Türkiyə Prezidentinin Qarabağ, Şuşa səfəri məhz iyunun 15-də - Milli Qurtuluş Günündə reallaşdırıldı. Bu, ümummilli lider Heydər Əliyev şəxsiyyətinə və xalqımızın tarixi yaddaşına göstərilən yüksək hörmətin ifadəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Deputat bildirib ki, obyektiv qənaətlər üçün səfər öncəsi dünyada baş verən siyasi proseslər də əlaqəli şəkildə təhlil olunmalıdır. Türkiyə Prezidenti Şuşa səfərindən bir gün əvvəl NATO sammitində iştirak etdi, dünyanın aparıcı dövlət başçıları ilə ikitərəfli görüşlər keçirdi. ABŞ Prezidenti Co Baydenlə üz-üzə görüş bu sırada xüsusi yer tutur. Ölkəmiz üçün diqqət çəkən məqam odur ki, NATO sammitinin yekun bəyanatında post-sovet məkanındakı digər münaqişələrə toxunulsa da, Qarabağ məsələsinin üstündən sükutla keçildi. Beynəlxalq diplomatik yanaşmada bu cür susqunluq müharibədən sonrakı yeni reallığın sammitin əksər, yaxud əsas iştirakçıları tərəfindən qəbul olunması anlamına da gəlir. Ermənistanın birinci prezidenti L.Ter-Petrosyanın “dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi” ifadəsi, elə bu səbəbdən, təsadüfi deyil.

Xüsusi diqqət yetirilməli olan məqamlardan biri də Prezident İlham Əliyevin 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Tviter səhifəsindən etdiyi paylaşımda Ulu Öndər Heydər Əliyevdən gətirdiyi bu sitatdır: “Bizim ən böyük vəzifəmiz Azərbaycanın dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdir”. Prezident məhz bu paylaşımı etdiyi gün Türkiyə Prezidenti ilə Şuşa Bəyannaməsini- Müttəfiqlik haqqında Bəyannaməni imzaladı. Həmin tarixi sənəddə 100 il əvvəlki Qars müqaviləsinə istinad olunur, bir çox sahələrdə, o cümlədən beynəlxalq müstəvidə, siyasi münasibətlər, iqtisadi-ticarət, mədəniyyət, təhsil, idman, gənclər siyasəti sahəsində əlaqələrin dərinləşdirilməsi ilə yanaşı, müdafiə sənayesində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapıb. Prezidentimiz Şuşa Bəyannaməsinin imzalandığı gün etdiyi paylaşımla həm cəmiyyətimizə, həm də dünya birliyinə mesaj verdi ki, Azərbaycan xalqının müstəqillik seçimi əbədidir, yeni reallıqlar şəraitində onu təmin etməyin yolu isə Şuşa Bəyannaməsindən, qardaş Türkiyə ilə daha dərin müttəfiqliyimizdən keçir. Prezident İlham Əliyevin imzalanma mərasimində verdiyi mühüm mesajlardan biri də bundan ibarət oldu: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”.

İki qardaş ölkənin dövlət başçılarının Şuşa Bəyannaməsinin imzalanma mərasimində etdikləri çıxış dünya birliyinə verilən ciddi mesajlarla zəngindir. Prezident İlham Əliyevin savaş günlərində Ermənistanın törətdiyi müharibə cinayətlərinə, qadağan olunmuş silahlardan istifadə etməsinə diqqəti yönəltməsi həmin mesajlardan biridir: “Onlar yaxşı bilirdilər ki, Ermənistan döyüş meydanında qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, “Tocka-U” , “İsgəndər M” raketləri ilə atəşə tutub və bu namərd atəş nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olmuşlar” . Dövlət başçımızın həmin xatırlatmasından sonra Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışında səsləndirdiyi bu fikirlər, heç şübhəsiz, dünya güclərinin və Ermənistanın havadarlarının diqqətindən yayınmayacaq: “Bu gün, əziz qardaşımın da dediyi kimi, xüsusilə “bir millət, iki dövlət” təməli üzərində yüksəltdiyimiz əlaqələrimizi daha da inkişaf etdirəcək yeni bir tarixi addımı atdıq. Bu addım çox önəmlidir. Bunu bundan sonrakı prosesdə daha da gücləndirəcəyik və gücləndirərək yolumuza da davam edəcəyik... Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, İnşallah, baş konsulluq açmağı planlaşdırırıq... Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür”. Qardaş Türkiyənin Prezidenti tərəfindən verilən bu açıqlama dünya birliyi üçün həm də o deməkdir ki, Qars müqaviləsindən 100 il sonra, kimlərinsə münasibətindən və mövqeyindən asılı olmayaraq, Türkiyə artıq Qafqazda və Qarabağdadır, bu tarixi qərar iki qardaş ölkənin ortaq və dəyişməz seçimidir. Baş konsulluğun açılması təşəbbüsü və həmin qərarın imzalanma mərasimdə elan olunması isə o deməkdir ki, Şuşa Bəyannaməsi tarixi keçmişimizə və beynəlxalq hüquqa söykənir, tarixi ədalətin daha etibarlı qorunmasına xidmət edir və hər iki Liderin xalqlarımızın maraqlarına cavab verən ortaq siyasi iradəsindən qaynaqlanır.

Prezidentlər Şuşadan verdikləri mesajlarla beynəlxalq birliyə onu da catdırdılar ki, Şuşa Bəyannaməsi- Azərbaycanla Türkiyənin müttəfiqlik seçimi üçüncü dövlətlərə qarşı deyil, Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin və təhlükəsizliyin təmin edilməsinə yönəlib. Xüsusi olaraq o da vurğulandı ki, bu seçim beynəlxalq birliklə yanaşı, bütün region dövlətlərinin, o cümlədən Ermənistanın da maraqlarının qorunmasına təminat verir. Çünki, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TANAP və Transadriatik boru kəməri kimi nəhəng layihələr Azərbaycan və Türkiyə ilə yanaşı, bütövlükdə regionun, eləcə də Avropanın enerji və iqtisadi təhlükəsizliyinə əvəzolunmaz töhfə deməkdir. Prezident Rəcəb Tayyib Ərdoğan məhz bu məqamın üzərində xüsusi dayanaraq dünya dövlətlərinə, Ermənistan və onun havadarlarına mühüm mesaj göndərdi: “Bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumuzdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik”. Bu bəyanat həm də o deməkdir ki, Qars müqaviləsinin bağlandığı zamanlarda olduğu kimi, Şuşa Bəyannaməsindən də qıcıqlanmaq əvəzinə, praqmatik siyasətə üstünlük vermək, Qafqazda tarixi ədalətin bərpasına xidmət edən yeni reallıqla hesablaşmaq və bununla regional, qlobal təhlükəsizliyə təminat vermək dünya birliyi üçün daha faydalı, daha doğru seçimdir.

Prezident İlham Əliyev mayın 30-da Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunu və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. Həmin görüşdə baş verən maraqlı bir dialoqu xatırlatmaqda fayda var. Prezidentimizə xatirə hədiyyəsi olaraq nazir qılınc təqdim etmişdi. Həmin dialoq zamanı gözləri regionumuzda olan maraqlı ünvanlara, ilk növbədə, Ermənistana və himayədarlarına reallıqdan irəli gələn bir mesaj verilmişdi: “Qılıncı görmədən barış olmur”. Bu hadisə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanındakı Nizami Gəncəvinin yaşadığı dövrə aid tarixi gerçəkliyi bir daha yada salır. Həqiqətən, qılınc və qələm bir yerdə-bir əldə olanda, etibarlı barış da əldə olunur, təhdid və xam xəyallar da azalır. Elə buna görə də, Prezident İlham Əliyevin Şuşadan dünya birliyinə, eləcə də Ermənistana və onu boş xülyalarla yaşamağa təhrik edən lobbi mərkəzlərinə, məlum siyasi dairələrə göndərdiyi növbəti mesaj belə oldu: “Bu gün buradan-qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır”. Eynilə, yüz il əvvəlki Qars müqaviləsi kimi!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb

“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Hafiz Paşayev: ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır

III Milli Rəqabət Forumu işə başlayıb

Qazaxıstan paytaxtında Azərbaycanın da iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir VİDEO

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 127 dollardan baha satılır VİDEO

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb VİDEO

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib