Qılıncoynatma üçüncü Avropa Oyunlarının idman proqramına daxil edilib
Bakı, 9 sentyabr, AZƏRTAC
Qılıncoynatma rəsmi olaraq 2023-cü ildə Polşada keçiriləcək Avropa Oyunlarının idman proqramına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Olimpiya Komitələrinin (AOK) mətbuat xidməti məlumat yayıb.
AOK ilə Avropa Qılıncoynatma Konfederasiyası arasındakı rəsmi razılaşmaya əsasən, Avropa Oyunlarında qılıncoynatma yarışları Avropa çempionatı statusu alacaq. Bununla da, yarışda 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanılacaq.
Qeyd edək ki, qılıncoynatma 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarının idman proqramında təmsil olunub. Lakin 2019-cu ildə Minskdə keçirilmiş ikinci Avropa Oyunlarında idmanın bu növü üzrə yarışlar təşkil olunmayıb.
Xatırladaq ki, üçüncü Avropa Oyunlarının 2023-cü il iyunun 21-dən iyulun 2-dək Polşada keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]
Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub
- 16.10.2026 [10:13]