Qırğızıstanda növbədənkənar parlament seçkiləri başa çatıb
Astana, 30 noyabr, AZƏRTAC
Qırğızıstanda keçirilən Joqorku Keneş (birpalatalı parlament) deputatlarının növbədənkənar seçkilərində səsvermə başa çatıb.
AZƏRTAC “kabar.kg”yə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Tınçtıq Şaynazarov bildirib.
Onun sözlərinə görə, avtomatik oxuma cihazları artıq bütün 30 birmandatlı seçki dairəsindən seçici fəallığı barədə məlumatları və ilkin nəticələri Mərkəzi Seçki Komissiyasına ötürməyə başlayıb.
Şaynazarov vurğulayıb ki, məlumatlar operativ rejimdə daxil olur və Mərkəzi Seçki Komissiyası həm ölkə daxilində, həm də xaricdə seçki məntəqələrindən məlumatları emal etməyə davam edir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]