Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Qırmızı rəngli meyvə və tərəvəzlər prostat xəstəliklərinin qarşısını almağa kömək edə bilər

Qırmızı rəngli meyvə və tərəvəzlər prostat xəstəliklərinin qarşısını almağa kömək edə bilər

Bakı, 17 dekabr, AZƏRTAC 

Prostat sonradan yaranmış bir orqan deyil. Kişi cinsində doğulan hər bir kəsdə bu doğulduğu ilk gündən var. Sadəcə olaraq 30-40 yaşdan sonra bu vəzidə müəyyən xəstəliklər başlaya bilər. Prostat vəzinin üç tip xəstəliyi var: iltihabi xəstəliklər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi. İltihabi xəstəliklər gənc, təxminən 30-40 yaşlarda meydana çıxan və bu yaşda olan kişilər arasında “populyar” xəstəlikdir. Demək olar ki, həyatında prostat vəzinin iltihabını yaşamamış kişiyə nadir rast gəlinir. Bu təbii ki, orqanın yerləşməsinə, həyat tərzinə, qeyri-müntəzəm cinsi əlaqəyə, keçirilmiş iltihabi xəstəliklərə, partnyor sayının çox olmasına bağlı problemdir.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinik Xəstəxananın urologiya şöbəsinin müdiri, uroloq Elbəyi Daşdəmirli bildirib.

Həkim deyib: “Vəzin xoşxassəli böyüməsinin səbəbi əslində elmə hələ də tam bəlli deyil. Bəzən yaşlanma, kişilik hormonunda meydana çıxan dəyişikliklər, genetik faktor, keçirilmiş xəstəliklərin buna səbəb ola biləcəyi göstərilir. Bu səbəblər arasında qidalanma alışqanlıqlarını da misal çəkmək olar. Belə ki, qırmızı ət, doymuş yağlar bu problemin yaranmasına təkan verən amillərdəndir.

Xoşbəxtlikdən bizim ölkəmizdə bu vəzin bədxassəli şişlərinə az rast gəlinir. Bu problemin yaranma səbəbləri və ya qorunma üsulları haqqında təəssüf ki, konkret statistik məlumat yoxdur. Lakin bəzi elmi ədəbiyyatlarda qırmızı rəngə olan-pomidor, nar kimi meyvə və tərəvəzlərin prostat vəzi xərçəngindən qorunmada faydaları haqqında məlumatlar var. Belə ki, onların tərkibində olan likopen maddəsi bu problemdən qorunmağa kömək edə bilər. Lakin bu, “bütün günü qırmızı rəngli meyvə və tərəvəzləri yesəm xərçənglə üzləşmərəm” düşüncəsinə qapanmaq da düzgün deyil. Biz həkim olaraq ən effektiv profilaktika üsulu olaraq mütəmadi yoxlanmanı məsləhət görə bilərik. Bu, yalnız prostat vəzi xərçəngində deyil, bütün xəstəliklərin yaranmasında da bir nömrəli profilaktika üsuludur. Bütün xəstəliklər kimi prostat vəzidə də yaranan patologiyanın da erkən yaşlardan ciddi problemlərə səbəb olmaması üçün erkən diaqnostika vacibdir. Belə ki, bu problem xəstənin həyat tərzinə ciddi mənfi təsir göstərir. Burda əsas məsələ xəstəliyin vaxtında aşkarlanaraq müalicə üsulunun düzgün seçilməsidir. Bu səbəbdən xüsusilə ailəsində prostat vəzi problemləri olanların 40 yaşdan, olmayanların isə 50 yaşdan sonra ildə bir dəfə prostat vəzi müayinəsindən keçmələri məsləhətdir. Bu müayinələr çox vaxt aparan, bahalı, invaziv, yəni xəstəyə müdaxilə edilən deyil. Sadə müayinələrlə hazırkı vəziyyəti müəyyənləşdirmək mümkündür. Çox zaman bu pasiyentlərə hansısa dərman yazmağa ehtiyac olmur. Sadəcə pasiyent öz vəziyyətindən xəbərdar edilir. Xəstə böyrəklərinin nə qədər risk altında olduğu, gələcəkdə yarana biləcək fəsadlar, onkoloji problemin yaranma ehtimalının olub-olmaması haqqında məlumatlandırılır.

Xoşxassəli törəmə xalq arasında adenoma adı ilə bilinir. Bu patologiyaların müasir müalicəsi olduqca təkmilləşib, inkişaf edib və sadələşib. Artıq xəstələr qısa müddət ərzində gündəlik adəti həyatına geri dönə bilir. Ölkəmizdə bu problemin nə qədər yayıldığını demək çətindir. Lakin təcrübəmizə əsaslanaraq onu deyə bilərəm ki, olduqca çox rast gəlinir. Xoşxassəli şiş xərçəng deyil. Xəstəlik olduğu yeri sıxma, sidiyə getmə və ya sidiklə bağlı digər şikayətlər, böyrək yolunun kəsilməsi kimi bir sıra problemlər yaratsa da digər bədən orqanlarına yayılmır. Bu problemin müalicəsi o qədər də çox iynə-dərman tələb etmir. Bu müalicə ilə xəstəliyin sidik kisəsi və ya böyrəyin sıradan çıxarmasının qarşısı alınır. Müalicədə məqsəd prostat vəzin əridilməsi deyil. Belə ki, bu mümkün deyil. Müalicə sadəcə xəstəliyin digər orqanlarda yaradabiləcəyi problemlərin önləmək və xəstənin şikayətlərini azaldaraq həyat keyfiyyətini artırmağa xidmət edir. Ən əsası isə belə xəstələrə cərrahi müdaxilənin lazım olub-olmaması təyin edilir. Cərrahi müdaxilənin keyfiyyəti və nəticəsi xəstənin zamanında əməliyyat olunmasından asılıdır. Əməliyyatlar haqqında onu demək olar ki, artıq 90 faiz hallarda açıq əməliyyata və ya ümumi anesteziyaya ehtiyac olmur. Epidural (beldən iynə vurmaqla ) narkoz vasitəsilə əməliyyat sidik kanalı ilə ( transuretral rezeksiya TUR əməliyyatı) icra olunur. Əməliyyat prostat vəzin həcmindən asılı olaraq təxminən 30-40 dəqiqə və ya 1-1.5 saat davam edir. Yəni iki-üç gün xəstəxanada qalmaqla bu problemdən qurtulmaq mümkündür.

Əməliyyat zamanı vəzi tam xaric edilmir, yalnız içərisi soyulur. Orqan bütünlükdə yalnız xərçəng zamanı xaric edilir. Bu xəstəlik (adenoma) əsasən 50 yaşdan sonra yaranır. Mənim 17-18 illik praktikamda bu problemlə əlaqədar 50 yaşından gənc əməliyyat etdiyim cəmi 4-5 xəstəm olub. Gənc-30-40 yaşdakı xəstələr əməliyyat olunmurlar. Bu xəstələrin şikayətləri daha çox prostat vəzinin böyüməsi ilə deyil, soyuqdəyməsi, iltihabi prosesi ilə əlaqədar olur. Bu zaman da sadəcə müalicə ilə kifayətlənmək mümkündür. Onu qeyd edim ki, əməliyyat xəstələrin cinsi fuksiyasına mənfi təsir göstərmir, yalnız nəsil törətmədə müəyyən problemlər yaşanır. Bu xəstələr də əməliyyat edildikdə 60-70 yaşdan yuxarı olurlar ki, bu da onların artıq nəvə sahibi olan yaşlarına təsadüf edir. Nadir hallarda ailə planlaması olan insanlar olur ki, onlar da xəbərdar edilir. Müasir lazer üsulları ilə bu problem də həll oluna bilər. Lakin məsələ övlad sahibi olmaqdırsa burada artıq bir az ehtiyatla yanaşmaq lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya

Türkiyədə ağır yol-nəqliyyat hadisəsində 8 nəfər ölüb

Şəhid qardaşı: Otuz ildir ki, gözümüz yollarda idi

BMU məzunları ilə növbəti görüş təşkil olunub