Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivaməddin Rəhimov: Mən hər təqdimatı auditoriyaya uyğun şəkildə, fərqli hazırlayıram

Qivaməddin Rəhimov: Mən hər təqdimatı auditoriyaya uyğun şəkildə, fərqli hazırlayıram

Bakı, 8 yanvar, AZƏRTAC

Qarabağ müharibəsi veteranı, filologiya üzrə fəlsəfə doktoru, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin üzvü Qivaməddin Rəhimov karyerasının ən yaddaqalan məqamları ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Siz Ümummilli Lider Heydər Əliyevin Norveç səfəri və Azərbaycan-Norveç əlaqələrindən bəhs edən 2 sənədli filmin - “Bu yalnız başlanğıcdır”, “Biz Azərbaycanı sevirik” - müəllifisiniz. Azərbaycanı beynəlxalq miqyasda tanıtmaq üçün başqa imkanlarınız olubmu?

-Əlbəttə, belə imkanlar olub və mən 10-a yaxın sənədli filmlin ərsəyə gəlməsində iştirak etmişəm. Onların arasında bir filmi xüsusi olaraq qeyd etmək istəyirəm. Bu, Almaniyanın ZDF teleşirkəti tərəfindən çəkilmiş, Heydər Əliyevin yeni neft strategiyasından bəhs edən, Almaniyanın ZDF və Fransanın ARTE telekanallarında nümayiş olunmuş “Su altında od – Xəzər nefti və qazı dünya bazarlarına necə yol tapır” adlı sənədli filmdir. Xəzər regionundakı geniş inkişafı görən Almaniyanın ZDF teleşirkəti burada hasil olan neft və qazın dünya bazarına çatdırılması barədə bir film çəkmək ideyası ilə ABƏŞ-ə müraciət etdi. Filmin əsas mövzusu neft konsorsiumu - ABƏŞ-in həyata keçirdiyi "Əsrin müqaviləsi" olub. Filmdə Prezident Heydər Əliyev, ABƏŞ prezidenti Terri Adams, SOCAR prezidenti Natiq Əliyev, Vaşinqtonun Con Hopkins Universitetinin eksperti, digər rəsmi şəxslər və mütəxəssislərlə müsahibələr yer alıb.

Mən ABƏŞ-in rəsmisi kimi bu filmin istehsalında birbaşa iştirak etmişəm və ZDF-in bu filminin ərsəyə gəlməsinə dəstək olmuşam. Bura ZDF-i konsorsiumun videoarxivindəki materiallarla təmin edilməsi, müsahibələrin təşkili, çəkiliş heyətinin müxtəlif obyektlərə səfərlərinin təşkili, eləcə də film prodüseri Fridhelm Brüknerin Prezident Administrasiyasında, ABƏŞ prezidenti və Azərbaycan Milli Televiziyasının sədri ilə görüşləri, ardınca ZDF-in bu sənədli filminin AzTV kanalında yayımlanması daxil idi.

-Siz dünyaca məşhur televiziya aparıcısı və tarixi filmlərin müəllifi olan Böyük britaniyalı Bettany Hughes ilə də əməkdaşlıq etmisiniz. Bu barədə nə deyə bilərsiniz?

- Bettany Hughes ilə ilk tanışlığım 2018-ci ilə təsadüf edir. Həmin dövrdə o, bp-nin Azərbaycanın mədəni irsinin qorunmasına yönəlmiş layihələri çərçivəsində, ixrac boru kəməri marşrutu boyunca aşkar edilmiş orta əsrlərə aid arxeoloji tapıntılar, eləcə də qədim İpək Yolu üzərində formalaşmış erkən məskunlaşma və ticarət mərkəzləri barədə BBC üçün radio verilişləri hazırlayırdı. Bu işdə ona dəstək olmaq mənim üçün böyük bir şərəf idi.

Bettany Hughes ilə növbəti əməkdaşlığımız Qarabağın erməni işğalından azad edilməsindən sonra Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş, “BBC World News” telekanalında nümayiş etdirilən filmin çəkilişləri zamanı baş tutub. Film Heydər Əliyev Fondu və bp-nin tərəfdaşlığı ilə ərsəyə gəlib və Azərbaycanın zəngin mədəni irsini, işğaldan azad olunmuş Qarabağ bölgəsindəki tarixi abidələri və milli kimliyimizi formalaşdıran dəyərlərin beynəlxalq ictimaiyyətə daha yaxından tanıdılması məqsədi daşıyır.

- İşinizin ən maraqlı tərəfi nədir?

- İşimin ən maraqlı tərəfi strateji düşünmək, biznes və reputasiya ilə bağlı problemlər üçün innovativ həllər tapmaqdır. Bu, yaradıcılıq elementlərini özündə birləşdirən və görüşlər zamanı peşəkar iştirakımı qorumağa imkan verən fəaliyyət sahəsidir. Bəzən bəzi həmkarlarım təqdimat materiallarının konteksti üzərində yenidən işlədiyimi, onları konkret auditoriyanın gözləntilərinə uyğunlaşdırdığımı gördükdə təəccüblənirlər. Onlar hesab edirlər ki, terminala gələn bütün qruplar üçün eyni təqdimatdan istifadə etmək olar. Halbuki, mən hər təqdimatı auditoriyaya uyğun şəkildə, fərqli hazırlayıram.

- Prezidentlərlə görüşləriniz zamanı protokoldan kənar maraqlı bir hadisə xatırlayırsınızmı?

-Bəli, bu cür görüşlərdə protokoldan kənar maraqlı məqamlar da olub. Onlardan biri “Sağ əlin mənim başıma!” - kəlamı ilə bağlıdır. Bildiyiniz kimi, 25 may 2005-ci ildə Səngəçal terminalında Xəzər Enerji Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Prezident İlham Əliyevlə yanaşı, Türkiyə, Gürcüstan və Qazaxıstan prezidentləri, Böyük Britaniya Krallığından Şahzadə Endryu, eləcə də bir sıra ölkələrin yüksəkvəzifəli nümayəndələri iştirak edirdilər.

Açılış mərasimi çərçivəsində qonaqlar rəmzi nişan olaraq gipsdən hazırlanmış kərpiclər üzərində öz əl izlərini qoydular və bu sonradan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrildi.

Mən terminala gələn qonaqlara hər zaman Azərbaycanda uğur qazanmış, xüsusilə taleyüklü işlərə imza atmış şəxs haqqında “Sağ əlin mənim başıma!” - deyimi olduğunu izah edirəm. Bunu eşidən qonaqlar Azərbaycanın əldə etdiyi böyük nailiyyətləri görərək məmnuniyyətlə sağ əllərini Prezident İlham Əliyevin əl izi olan kərpicin üzərinə qoyur və ardınca başlarına çəkirlər. Bu sıradan 2024-cü ilin aprel ayında Konqo Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə səfəri çərçivəsində Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rolu ilə əlaqədar Səngəçal terminalı ilə tanışlığı mənim üçün ən yaddaqalan görüşlərdən biri olub. Qlobal əməkdaşlığın rəmzi sayılan Xəzər Enerji Mərkəzinin açılış mərasimi zamanı xarici ölkə nümayəndələrinin və dövlət başçılarının ikonik əl izləri haqqında verdiyim məlumatı dinlədikdən sonra Konqo Prezidenti Azərbaycanın uğurlarını alqışlayaraq əl çaldı. Ardınca isə sağ əlini Prezident İlham Əliyevin əl izi olan kərpicin üzərinə qoyub başına çəkdi.

Mən bu cür səhnələrin dəfələrlə şahidi olmuşam. Lakin dövlət başçısı səviyyəsində bunun baş verməsi ilk dəfə idi. Konqo Prezidentini müşayiət edən bütün qonaqlar onun bu səmimi hərəkətini alqışlarla qarşıladılar. Azərbaycanın nailiyyətlərinə heyranlığını açıq şəkildə ifadə edən Prezident Sassu-Nqessonun bu jesti çoxsaylı hökumət və dövlət rəhbərlərinin səfərləri zamanı yaddaşıma həkk olunan ən xoş xatirələrdən biri kimi qalıb.

- bp-nin dəstəklədiyi layihələr sırasında “Təbrizin sehirli nağılları” kitabını xüsusi olaraq göstərmək olar. Bu barədə nə deyə bilərsiniz?

-Bu nəşr Azərbaycanın mədəni irsinin zəngin qatlarının yenidən canlandırılmasına mühüm töhfə verib. Azərbaycan miniatür sənətinin təkamülünün əsas mərhələlərini əks etdirən “Təbrizin sehirli nağılları” həm bədii, həm də elmi baxımdan dəyərli mənbə olmaqla yanaşı, milli-mədəni irsimizin beynəlxalq miqyasda tanıdılması üçün parlaq bir nümunədir. Layihə bp-nin Mədəniyyət Nazirliyi, “PAŞA Sığorta” və İRS Nəşriyyat Evi ilə tərəfdaşlığı nəticəsində həyata keçirilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq sayəsində Azərbaycanın qədim miniatür sənəti haqqında dolğun məlumatlar dünya ictimaiyyətinə çatdırılıb.

“Təbrizin sehirli nağılları” Roma Papası Fransiskə, İtaliya Prezidenti Sercio Mattarellaya, Yunanıstan Prezidenti Karolos Papulyasa, Andorranın Baş naziri Xavier Espot Zamoraya və bir sıra digər nüfuzlu şəxsiyyətlərə qiymətli hədiyyə kimi təqdim olunub. Bu fakt nəşrin beynəlxalq mədəni dialoq baxımından daşıdığı əhəmiyyəti aydın şəkildə göstərir. bp-nin bu təşəbbüsünü dəstəkləyən layihə rəhbəri olaraq, Azərbaycanın qədim miniatür sənəti barədə dünya ictimaiyyətinin məlumatını artıran “Təbrizin sehirli nağılları” kitabının nəşrinə verdiyimiz töhfəyə görə fəxr edirəm.

Bununla yanaşı, layihə rəhbəri olduğum daha bir qiymətli nəşr “İrəvan xanlığının mətbəxi” kitabı haqqında da məlumat vermək istərdim. İstər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan bu kitab olduqca aktual bir mövzuya — İrəvan azərbaycanlılarının, bu gün “Ermənistan” adlanan ərazilərin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr olunub. Tarixi mənbələrə və etnoqrafik sorğulara əsaslanan bu nəşr zəngin tarixi keçmişə malik İrəvan bölgəsinin maddi, mənəvi və mədəni irsinə dair dəyərli ensiklopedik mənbədir.

“İrəvan xanlığının mətbəxi” kitabının müəllifləri Əməkdar mədəniyyət işçiləri Tahir Əmiraslanov, Oruc Əliyev və baş texnoloq Aygül Əsgərovadır. Kitabın ingilis dilində nəşrinə isə Rəşid Hüseynov dəstək göstərib.

Bu nəşr Prezident İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” bəyanatında ifadə olunan prinsiplərə söykənir. Sözügedən bəyanat Azərbaycan və Ermənistan arasında davamlı sülh və sabitliyin təmin olunması məqsədini, eyni zamanda, ata-baba yurdlarından zorla çıxarılmış azərbaycanlıların hüquqlarının qorunmasının vacibliyini ön plana çəkir. Qeyd edim ki, bu bəyanat BMT-nin rəsmi sənədi kimi yayımlanaraq, məsələnin beynəlxalq hüquq və dinc yollarla həllinin əhəmiyyətini bir daha vurğulayıb.

Daha bir maraqlı məqam isə “İrəvan xanlığının mətbəxi” və “Təbrizin sehirli nağılları” kitablarının İsrail Prezidenti İsaak Hersoqa hədiyyə edilməsi ilə bağlıdır. Prezident Hersoq bu hədiyyələri məmnuniyyətlə qəbul edərək, xalqlar arasında sülhə və sabitliyə yönəlmiş ortaq baxışın yüksək dəyərini qeyd etdi.

Mənim üçün isə bu addım Azərbaycanın zəngin mədəni irsinin və qədim tarixinin, “İrəvanda xal qalmadı” mahnısında səslənən yurd həsrətinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edən gözəl bir fürsət idi.

Qeyd edək ki, bu gün Qivaməddin Rəhimovun 70 illik yubileyidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb