Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi “Hər kağızı bir yarpağa dəyişək” layihəsində iştirak edir
Bakı, 25 fevral (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) “İDEA” İctimai Birliyinin, “ASAN xidmət” və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə “Hər kağızı bir yarpağa dəyişək” adlı müştərək layihədə iştirak edir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, layihə çərçivəsində QKDK-da iş zamanı yararsız və istifadə olunmuş kağız və kağız tullantıları toplanaraq “ASAN xidmət” mərkəzlərində yerləşən xüsusi məntəqələrə təhvil verilir.
Cəmiyyətin üzləşdiyi ekoloji problemlərin həllində yaxından iştirak etmək və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə təşkil olunmuş layihədə təhvil verilmiş hər 50 kiloqram kağız tullantısı müqabilində bir ağacın əkilməsi planlaşdırılmışdır.
Aksiya zamanı toplanmış kağız və kağız tullantılarının qarşılığında veriləcək ağacların QKDK-nın iştirakı ilə paytaxt ərazisində əkilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]