Qızılağac Dövlət Təbiət Qoruğunda baş vermiş yanğın söndürülmüşdür
Bakı, 20 iyul (AZƏRTAC). İyulun 19-da saat 16:10 radələrində Neftçala rayonunun pay torpaqlarında biçilmiş taxıl sahələrinə od vurulması səbəbindən yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, güclü külək nəticəsində alov Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisinə keçmiş və 55 hektara yaxın ərazini əhatə etmişdir. Yanğın nəticəsində qoruğun qamış və quru ot örtüyü yanmışdır.
ETSN-in yerli qurumları əməkdaşlarının səyləri ilə yanğın saat 21:50 radələrində tam söndürülmüşdür. Təqsirkarların tapılması və barələrində qanuna müvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır.
ETSN bir daha əhalini, əsasən də torpaq mülkiyyətçilərini odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]
Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [13:01]
Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]