Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qobustan - tarixin qoruğu və ya başlanğıcın əvvəli...

İtaliyalı tədqiqatçılar Qobustanda elmi tədqiqat işləri aparmaq üçün qoruq rəhbərliyinə müraciət edib

Bakı, 3 noyabr, AZƏRTAC

Buradakı qədim qayaüstü təsvirlər Azərbaycan insanının keçmişindən danışır, ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrini yaddaşlardan silinməyə qoymur. Daşlarının tarixi bəlli olmasa da, Qobustan Milli Bədii-Tarix Qoruğunun yaşı bəllidir. Burada tapılan maddi mədəniyyət qalıqları kompleksinin tarix və mədəniyyət üçün müstəsna əhəmiyyəti nəzərə alınaraq 1966-cı ildə bu məkana qoruq statusu verilib. Bu gün ölkəmizə gələn turistlərin üz tutduğu yerlərdən biri də Qobustan Milli Bədii-Tarix Qoruğudur. Dünyada ən qədim insan məskənlərindən birinə səyahət etmək üçün yolumuzu dəqiq tarixi hələ də bilinməyən Mesopotamiyadan da daha qədim olan Qobustan abidələrindən saldıq. Bu məkanda bəşər cəmiyyətinin ilkin dövründə yaşayan insanların həyat tərzi, məişəti, məşğuliyyəti, mədəniyyəti, incəsənəti ilə yaxından tanış olduqda tariximizin qədimliyinin bir daha şahidi olduq. Açıq səma altındakı muzey, qayaüstü rəsm və təsvirlərlə baş-başa qalıb sirlə dolu bir dünyanın içində olub heyrətlənməmək mümkün deyil. Bu möcüzəli dünya ilə yaxından tanış olmaq üçün qoruğu qarış-qarış dolaşdıq, fürsət tapıb qoruğun direktoru Vüqar İsayevlə də həmsöhbət olduq. AZƏRTAC müsahibəni təqdim edir:

-Vüqar müəllim, hazırda qoruğun ərazisində yaradılmış muzeydə nə qədər maddi mədəniyyət nümunələri mövcuddur?

-Qobustanı geniş ictimaiyyət daha çox müasir muzeyi və Böyükdaş dağındakı yaşayış yerləri, təsvirləri və Qavaldaşı ilə tanıyır. Lakin Qobustan arxeoloji, tarixi və mədəni bir abidə kimi çox zəngindir. 1966-cı ildə yaradılmış qoruğun əsas vəzifəsi buradakı abidələrin qorunması və elmi tədqiqatlar vasitəsilə öyrənilməsidir. Düzdür, bu abidələrin ölkə ictimaiyyətinə və beynəlxalq aləmdə təbliği də mühüm əhəmiyyət kəsb edir. Ancaq qoruq olaraq bizim bir nömrəli vəzifəmiz abidələrin qorunması, öyrənilməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasıdır.

Qobustan qoruğunun Böyükdaş, Kiçikdaş, Cingirdağ dağları ərazilərində Üst Paleolit dövrünün sonundan orta əsrlərədək olan dövrü əhatə edən, təxminən 20 min il ərzində yaradılmış, 1031 qaya üzərində 6300-dən çox təsvir qeydə alınıb. Arxeoloji qazıntılar nəticəsində qoruq ərazisində 20 yaşayış məskəni və 40 kurqan aşkar edilib. Arxeoloji qazıntılar zamanı əldə olunmuş 100 mindən artıq artefakt hazırda Qoruğun fondlarında qorunmaqdadır. Bunlardan əlavə Latın kitabəsi, qədim qəbiristanlıqlar, pirlər, qışlaq yerləri də qoruğun mühafizəsi altındadır. Bütün bunlardan cəmi 500 ədəd artefakt muzeyin ekspozisiyasında nümayiş olunur.

- Qoruq ərazisində elmi tədqiqat işləri hansı səviyyədə aparılır?

-Yuxarıda qeyd etdiyim kimi qoruq olaraq bizim ən vacib vəzifələrimizdən biri də qoruq ərazisindəki abidələrin sistemli şəkildə öyrənilməsidir. Vaxtilə Qobustanda İshaq Cəfərzadə, Cəfərqulu Rüstəmov kimi alimlərin rəhbərliyi ilə elmi tədqiqat işləri aparılıb. İndi isə qoruğa gələn turistlərin görmədiyi ancaq bizim işimizin çox vacib hissəsini təşkil edən elmi tədqiqatla qoruğun elmi işçiləri məşğul olur. Lakin qoruqda aparılan elmi tədqiqat işləri daim AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tövsiyələri nəzərə alınmaqla aparılır. Lazım gəldikdə mütəxəssislər cəlb olunur. Hazırda 2016-cı ildən icrasına başlanılmış “Qayaüstü təsvirlərin rəqəmsal məlumat bazasının yaradılması” layihəsinin ilkin mərhələsi yekunlaşmaq üzrədir. Layihənin məqsədi Qobustan qayaüstü təsvirlərinin rəqəmsal məlumat bazasının və yeni kataloqunun yaradılması üçün qoruq ərazisindəki təsvirli daşların yenidən sənədləşdirilməsidir. İlkin olaraq, 2016-cı ildən başlayaraq Cingirdağ-Yazılıtəpə sahəsində yerləşən abidələrin sənədləşdirilməsinə başlanılıb. Müfəssəl sənədləşdirmə üçün bütün panellərin fotosu çəkilmiş, 3D modeli düzəldilmiş, qeydiyyat vərəqi doldurulmuş, GPS koordinatları, dəniz səviyyəsindən hündürlüyü, ölçüləri, istiqaməti, panel üzərindəki təsvirlərin üst-üstə düşmələri müəyyən edilmiş, rəqəmsal eskizləri hazırlanmışdır.

Yeni, müasir metodların tətbiqi nəticəsində əvvəllər 877 təsvirin qeydə alındığı Cingirdağ-Yazılıtəpə ərazisində 521 yeni təsvir və 14 yeni təsvirli daş da aşkar edilmişdir. Yeni aşkar olunmuş təsvirlər və ümumiyyətlə Cingirdağ-Yazılıtəpə sahəsinin qayaüstü təsvirləri haqqında müfəssəl məlumat hazırlanmaqda olan kataloqda öz əksini tapacaq. Yeni aşkar olunmuş təsvirlər əsasən Yazılıtəpə üçün xarakterik olan keçi, maral, şir təsvirləri və müxtəlif abstrakt işarələr, damğalar, araba təsvirləridir. Bundan əlavə, qoruğun sərhədlərindən kənarda, Cingirdağ ərazisində yerli əhalinin “Sona qaya” adlandırdığı qayalıqda, kompleks halda 29 daşda 100-dən artıq xətlərlə bir-birinə birləşdirilmiş yalaqlar, damğalar və abstrakt qayaüstü işarə və simvollar aşkar olunub. Qobustanın digər kompleks abidələrindən fərqli olaraq “Sona qaya”da bir maral təsvirini çıxmaq şərti ilə zoomorf və antropomorf qayaüstü təsvirlərə rast gəlinmir. İlkin mülahizələrə görə, bu ərazi tunc dövründən orta əsrlərədək yerli əhalinin sakral dini ayinləri həyata keçirdiyi ibadət məkanı olub.

- Qoruqda turizmin inkişafı və turist marşrutlarının müəyyən edilməsi istiqamətində hansı işlər görülüb?

-Bildiyiniz kimi, Qobustan qoruğunun ərazisində yerləşən milli sərvətlər xəzinəsinin qorunması və gələcək nəsillərə çatdırılması, ölkəmizin qədim mədəni irsinin geniş miqyasda təbliğ olunması məqsədilə Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Məhz ölkə başçısı Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi səyləri nəticəsində Yeni Zelandiyanın Kristcorc şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 31-ci sessiyasında Qobustan Dövlət Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Qobustan qayaüstü incəsənətinin bəşər tarixi və yaradıcılığının öyrənilməsində özünəməxsusluğunu və əhəmiyyətini nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qoruğa Milli Qoruq statusu verilib. Ölkə başçısının digər müvafiq Sərəncamı əsasında qoruğun yeni binası və müasir texnologiyalarla təchiz edilmiş yeni muzey istifadəyə verilib. Məhz bu sərəncamların nəticəsində qoruğun Böyükdaş dağı ərazisində turizm fəaliyyətinin göstərilməsi üçün infrastruktur yaradılıb. Hazırda Qobustanda turistlər üçün Böyükdaş dağının yuxarı səkisini əhatə edən əsas ekskursiya marşrutu ilə yanaşı, “Böyükdaş dağının aşağı səki marşrutu”, “Kiçikdaş dağı marşrutu”, “Cingirdağ dağı marşrutu”, “Ekstremal ekskursiya marşrutu” və uşaqlar üçün “Qobustan - interaktiv turu” da fəaliyyət göstərir. Həmçinin istəyə uyğun olaraq Böyükdaş dağının yuxarı səkisində “Gecə turu” da təşkil olunur. Yeni, xüsusiləşmiş ekskursiya marşrutlarının yaradılması istiqamətində işlər davam etdirilir.

-Ölkəmizə gələn turistlərin üz tutduğu məkanlardan biri də Qobustan Milli Tarix-Bədii Qoruğudur. Turistlərin sayı baxımından bu il ötən illərdən necə fərqlənir?

-Statistikaya nəzər salsaq görərik ki, Qobustanın UNESCO Dünya Mədəni İrs Siyahısına daxil edilməsindən və 2007-ci ildə Prezident İlham Əliyevin Qobustanla bağlı sərəncamlarından sonra keçən 10 ildə qoruğa gələn turistlərin sayı hər il artır. Bu il də bu tendensiya təkrarlanmaqdadır.

-Bu il ən çox hansı ölkələrdən olan turistlər üstünlük təşkil edib?

-Son illər ölkəmizə, həmçinin Qobustana gələn turistlərin sayı artıb. Ənənəvi olaraq ABŞ, Avropa və qonşu ölkələrdən - Rusiya, Türkiyə, İrandan gələn turistlərlə yanaşı, bu il Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, İsrail, Pakistan, Çin kimi ölkələrdən gələn turistlərin sayında ciddi artım müşahidə olunur. Bununla yanaşı, bəzən bizim üçün ekzotik hesab olunacaq ölkələrdən də turistlərimiz olur. Məsələn, Fici adaları və Dominikan Respublikası kimi.

- Ölkəmizə səfərə gələn rəsmi şəxslərin üz tutduğu məkanlardan biri də buradır. Onlar tanışlıq zamanı təəssüratlarını necə bölüşür...

-Doğrudur, tez-tez yüksək səviyyəli rəsmi qonaqlarımız olur. Hamı kimi onlarda da Qobustanın unikallığı və özünəməxsus aurası müsbət təəssürat yaradır. Bu gün demək olar ki, Azərbaycana gələn hər bir qonaq, hər bir turist Qobustanı ziyarət etməklə, Azərbaycan və azərbaycanlılar haqqında fikir formalaşdırır. Qobustanın keçmişi, buradakı abidələr bizim tarixi keçmişimizi əks etdirirsə, onun öyrənilməsi, qorunması, təqdim olunma səviyyəsi qonaqlara bu günümüz haqqında məlumat verir. Ona görə də biz öz işimizi görərkən bəşəriyyətin ən unikal abidələrindən birinin qorunmasına cavabdeh olduğumuzu və öz dövlətimizi, xalqımızı təmsil etdiyimizi həmişə xatırlayırıq.

Onu deyə bilərəm ki, ixtisasından, maraq dairəsindən asılı olmayaraq bütün qonaqlar Qobustanı müsbət emosiyalarla tərk edirlər. Bəzən Qobustanda qayaüstü rəsmlərin qorunması və təqdimatına yanaşmanı öz ölkələrində də tətbiq etmək istədiklərini bildirənlər olur.

-Qoruq beynəlxalq əməkdaşlığını necə qurub?

-Qobustan qoruğu çox aktiv beynəlxalq əlaqələrə malikdir. Bu, bizə həm abidələrimizi təbliğ etməyə, həm də fəaliyyətimizi daim beynəlxalq standartlara uyğun qurmağa kömək edir. UNESCO-nun Dünya Mədəni İrsi statusuna malik abidə kimi Qobustan mütəmadi olaraq bu beynəlxalq təşkilatın müvafiq strukturları ilə qarşılıqlı fəaliyyət göstərir. Bundan başqa, Qobustan qoruğu Avropa Şurasının Mədəni Marşrutlar İnstitutunun “Preshistoric Rock Art Trails” (PRAT-CARP) mədəni marşrutunun üzvüdür. Təşkilatın məqsədi Avropanın qayaüstü incəsənət abidələrində elmi tədqiqat işlərini, administrativ və mədəni fəaliyyətini təşviq etmək, birgə turizm marşrutlarını yaratmaqdır. Bu mədəni marşrutda İspaniya, Fransa, İtaliya, Norveç, İsveç, Portuqaliya, İrlandiya, Gürcüstan və Azərbaycandan 112 arxeoloji və ya qayaüstü incəsənət abidəsi təmsil olunur. Hazırda Qobustan qoruğu Mədəniyyət Nazirliyinin nümayəndəsi kimi təşkilatın idarə heyətinin üzvüdür.

Elmi sahədə də beynəlxalq əməkdaşlıq daim diqqət mərkəzindədir. Hazırda İtaliyadan Qobustanda elmi tədqiqat aparmaq üçün daxil olmuş müraciətə baxılır. Həmçinin qoruğa Orta Asiyanın qayaüstü incəsənət abidələrini cəlb etməklə beynəlxalq layihə həyata keçirmək planı üzərində iş aparılır. Yəni, bu coğrafiyada yerləşən dövlətlərlə qarşılıqlı səfərlər təşkil olunacaq, bir yerdə elmi tədqiqat işləri aparılacaq, Qobustanla bu abidələrin ortaq xüsusiyyətlərini müəyyən edib kitab şəklində çap edəcəyik.

-Növbəti illərdə rəhbəri olduğunuz qurumun fəaliyyət istiqamətlərindən danışardınız...

-Biz daim qoruq ərazisində yerləşən abidələrin qorunması, öyrənilməsi və təbliği istiqamətində yenilikləri öyrənmək və Qobustanda tətbiq etmək niyyətindəyik. Qobustanda mövcud infrastrukturun qorunması və yeni infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir. Qoruq ərazisində turistlərin daha keyfiyyətli xidmətlərlə təmin edilməsi üçün müxtəlif iaşə obyektlərinin, həmçinin yaşıllıqların yaradılması planlaşdırılır. Bundan əlavə, elmi tədqiqatların davam etdirilməsi və qoruğun bütün abidələrini əhatə edən rəqəmsal məlumat bazasının yaradılması prioritet istiqamətlərdən biridir.

-Sonda oxucularımıza nə demək istərdiniz?

-İnsanlığın ilk incəsənət nümunələrini, tarixi keçmişimizi və Qobustanın bu gününü görmək üçün bütün vətəndaşlarımızı və ölkəmizin qonaqlarını Qobustana dəvət edirəm.

-Maraqlı müsahibə üçün sağ olun.

 

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Natalya Jukova: Bu il “Nine Senses Fest” mindən çox iştirakçını bir araya gətirəcək

Misirdə təlim təyyarəsi qəzaya uğrayıb, pilot ölüb

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir

“Sabah” braziliyalı müdafiəçini transfer edib

Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib

Fırat Arapoğlu: “Proqramlaşdırılmış izlər” sərgisində texnologiyanın yaratdığı yeni reallıq təqdim olunur

Azərbaycan və Slovakiya arasında siyasi məsləhətləşmələrin növbəti iclası olub

Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib

Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub

AZAL-ın Naxçıvan reyslərini icra edən təyyarələri hava şəraiti ilə əlaqədar Bakıya geri qayıdıb

Lənkəran və Astarada güləş zallarına baxış keçirilib

BDU-nu ən yüksək Ümumi Orta Müvəffəqiyyət Göstəricisi ilə bitirən məzunların adları açıqlanıb

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

Balakəndə möhtəşəm konsert proqramı VİDEO

MEDİA: Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik

Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı təşkil edilib

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Bakı Dövlət Universitetinin “Məzun günü” qeyd olunub YENİLƏNİB VİDEO

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır

Alparslan Bayraktar: TANAP Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır

Ekspert: Azərbaycan “ağıllı şəhərlər”i və dayanıqlı infrastrukturu fəal şəkildə inkişaf etdirir - MÜSAHİBƏ

Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib

Fransalı vəkil “ayrı-seçkilik” və “nifrətə təhrik” ittihamları üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası: müzakirəyə 10 məsələ çıxarılıb VİDEO

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açılıb

Nəzrin Atakişiyeva: Kəlbəcərin ilk məzunu olmaq mənim üçün böyük qürurdur

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

Bu saata olan əsas xəbərlər

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

BDU-da magistratura səviyyəsində ixtisas və ixtisaslaşmalar yenilənir VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Qəbələyə gələn əcnəbi turistlər arasında hindistanlılar üstünlük təşkil edir STATİSTİKA VİDEO

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

Ağdamda Milli Qəhrəman Allahverdi Bağırovun xatirəsi anılıb

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Yeni təsdiqlənən subsidiya qaydalarında heyvandarlıq sektoru üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub VİDEO

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Aİ İspaniyanın müdafiə xərclərini artırmasına imkan verən xüsusi büdcə mexanizminin tətbiqini təsdiqləyib

® Vətəndaş müraciətlərinin elektron qaydada təqdim edilməsi və cavablandırılması imkanları genişləndirilib

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Türkiyə və Azərbaycan gələcəyini elm, təhsil və texnologiya ilə birlikdə quracaq

HDQ-də döyüş atışlı taktiki təlim olub

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

Tramp mediada yayılmış şərtlərin İranla razılaşdırılmış şərtlərlə əlaqəsi olmadığını açıqlayıb

Son iyirmi ildə BDU-dan Koreya dili ixtisası üzrə 110-dan çox tələbə məzun olub

Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək

Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur

Səbinə Əliyeva: Bakı Dövlət Universitetinin məzunu olmaq həm qürur, həm də şərəfdir

Yeni təmayül tədris modeli çərçivəsində yay düşərgəsi təşkil olunub

Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb

Mədəniyyət naziri: Bakı Dövlət Universiteti Azərbaycan elminin və təhsilinin flaqmanıdır

Şirvan kanalında batan şəxsin meyiti tapılıb

Müşavir: Balıqçılıq və akvakultura üzrə Dövlət Proqramı investisiyalar üçün yeni imkanlar açır – MÜSAHİBƏ

FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib

Hava limanlarının (aeroportların) idarə edilməsi QAYDASI

“Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

Osmanlı memarlığının ən mühüm tarixi abidələrindən olan Səlimiyə camisi yenidən istifadəyə verilib

Britaniya hökumətindən hədəf: məktəblilərin 60 faizi dərslərə piyada və ya velosipedlə gedəcək

Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb

Naxçıvanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının qalibləri məlum olub

Bu il Azərbaycanın ali məktəblərini 63 mindən çox tələbə bitirir

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində HELF/AZHAB Forum 2026 keçiriləcək

Ankarada “Bir şəhər, iki baxış” müsabiqəsinin qalibləri mükafatlandırılıb və sərgi açılıb

Aqrar sahədə yeni strateji mərhələ Azərbaycanın dayanıqlı inkişaf modelini daha da gücləndirəcək - ŞƏRH

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub - YENİLƏNİB

® Dövlət qurumları ilə gənc startaplar arasında əməkdaşlığa töhfə verən hakaton keçirilib

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Türkiyənin “HÜRJET” reaktiv təlim təyyarələrinin Türk Ulduzları akrobatika komandası ilə qrup uçuşu həyata keçirilib VİDEO

Atletika üzrə Azərbaycan çempionatı start götürüb

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır

Pakistan turizm sənayesi nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir VİDEO

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur VİDEO

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək