Qobustanda 700-dən çox ailəyə bayram sovqatı verilib
Qobustan, 30 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Qobustan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanıb. Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, son üç gün ərzində 729 ailəyə bayram sovqatı çatdırılıb. Bağlamalar könüllülər vasitəsilə ünvanlara göndərilib.