QONŞU ÖLKƏLƏRİN ƏRAZİSİNDƏN KÜR VƏ ARAZ ÇAYLARININ ÇİRKLƏNDİRİLMƏSİ DAVAM EDİR
Bakı, 4 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədi ilə iyul ayının III ongünlüyü üçün növbəti monitorinq həyata keçirmişdir.
İyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi II ongünlüyünə nisbətən 5 kubmetr/saniyə artaraq 163 kubmetr/saniyə təşkil etmişdir.
ETSN-dən AZƏRTAC-a bildirmişlər ki, monitorinqin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçmişdir.
Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 2, mis birləşmələri 4, Ağstafaçayda fenol və mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçmişdir.
Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi 165 kubmetr/saniyə olmuşdur. Horadiz məntəqəsində fenollar 3, mis birləşmələri 4, I Şahsevən məntəqəsində fenol və mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri 3 dəfə normadan artıq olmuşdur.
Suyun oksigen rejimi bütün məntəqələrdə norma daxilində dəyişmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]