Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq...

Qorxu sindromuna tutulan Ermənistan: Böhran, xaos, başlıbaşınalıq...

Bakı, 22 yanvar, AZƏRTAC

Hər kəsə qeyri-bərabər paylanan ağıldan Ermənistanın payına nədənsə çox kəm düşüb. Bu kəmlik artıq erməni genefonduna qədər işləyib. Belə olmasaydı, bu gün dünyada manqurt təfəkkürü ilə doğulan, yaşayan, idarə olunan, siyasət yürüdən tək dövlət olmazdı. Bu monoetnik dövlətin ən böyük zəifi isə qorxudur. Başında kimin durmasından asılı olmayaraq, həmişə qorxub.

Nədən, kimdən və niyə?

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan istefa verməyə məcbur edilməzdən əvvəl yazdığı məqalədə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində əvvəl-axır güzəştlərə getməli olduğunu demişdi. Məhz həmin məqalə Ter-Petrosyanın istefasına səbəb oldu. Çünki adam qan qoxan bu münaqişənin sonrakı taleyindən qorxurdu. Amma onu istefaya sürükləyəcək qədər güclü olan daxili təhlükəni gözə almamışdı, ala bilməmişdi.

Beləliklə, hakimiyyət səviyyəsində ən böyük qorxunun təməli də elə bu vaxtdan qoyuldu - nəyin bahasına olur-olsun, daxili kütləni ovutmaq, ictimaiyyətin qınağına, qıcığına tuş gəlməmək. Bundan sonra hakimiyyətə gələn istər Koçaryan, istər Sarkisyan, istərsə də Paşinyan bu qorxunun sindromundan qurtula bilmədilər. Və bütün manipulyasiyalarını da məhz Dağlıq Qarabağ münaqişəsi üzərindən etdilər. Yerevanda yel əsən kimi Qarabağda bir hoqqa çıxarmaq və ya qeyri-səmimi populist fikirlərlə kütləni sakitləşdirməyə və zənnlərincə güclü lider olduqlarını nümayiş etdirməyə çalışdılar. Bununla bağlı sabiq prezidentlər Koçaryan və Sarkisyanın timsalında onlarla fakt göstərmək olar. Hazırkı baş nazir, Soros fondunun min cür oyunbazlığı ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan da sələflərinin bu xəstəliyini dəf edə bilmədi. Əksinə, daha da irəli gedərək “Qarabağ Ermənistandır və nöqtə” deməklə Ermənistan siyasi tarixinin ən böyük səhvini buraxdı. Məhz bu ifadənin özü Paşinyanın qorxu sindromunun ən böyük təzahürü idi...

Ermənistanda hakimiyyət və xalq çalxalanır

Atalarımız yaxşı deyib - “qorxan gözə çöp düşər”. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan ordusu məhz həmin “çöpü” Paşinyanın və ümumilikdə Ermənistanın göz bəbəyinə sapladı. Beləcə, onsuz da ermənidən başqa heç kimi görməyən gözlər kor oldu, dövlət olaraq Ermənistanın sütunları çökdü, dayaqları qırıldı, gələcək taleyi isə böyük bir sual altındadır.

Bütün bunlar isə təbii olaraq Ermənistan hakimiyyətini və xalqını çalxaladı. Nəticədə hazırda Ermənistan dərin bir xaosun içərisindədir. Hakimiyyət davası, daxili çəkişmələr, bir-birini həzm edə bilməmək və günahkar kimi ittiham etmək öfkəsi hazırda Ermənistanı vətəndaş müharibəsi durumuna gətirib...

Paşinyan: “Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib”

Baş nazir Nikol Paşinyan müharibədəki rüsvayedici məğlubiyyətdən sonra “44 günlük müharibənin kökləri” adlı məqalə yazmışdı. Ermənistan baş nazirinin rəsmi saytında yerləşdirilən bu məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, Ermənistanı hazırkı acınacaqlı vəziyyətə aparan yol barədə danışılır. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Koçaryan-Sarkisyan cütlüyü olduğunu bildirir. Paşinyan, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir. O bildirir ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bu yana aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib.

“Dövlətçiliyi ləkələdilər. Sizin inqilabın əsas şüarı “qürurlu vətəndaş” idi. Ermənistan tarixində bu qədər alçaldılmış vətəndaş olmayıb. Moskvada ermənilər restorana getməyə utanırlar ki, birdən azərbaycanlılarla rastlaşarlar. Bunu anlamırıqsa, alçaldılmış vəziyyətdə qalacağıq”. Bunları isə eks-prezident Robert Koçaryan deyib.

Bir dolu çamadan ümid

Təbii ki, sabiq rəhbərlik - nimdaş Qarabağ klanı 2-ci Qarabağ müharibəsinin rüsvayçı məğlubiyyəti ilə barışa bilmir. Müxalifətdə olanlar da, həmçinin. Onlar 10 noyabr tarixli kapitulyasiya aktını qəbul edə bilmirlər. Hətta müxalifət bu bəyanatın parlamentdə müzakirə olunmasına da çalışdı. Məsələ səsə qoyulsa da, buna nail ola bilmədilər. Bəyanatın müzakirəsinin lehinə 40, əleyhinə isə 73 deputat səs verdi və faktiki olaraq Ermənistan parlamenti bəyanatı müzakirə etməkdən imtina etdi. Yəni bütün şərtləri qəbul etmiş oldular və onları təsdiqlədiklərini növbəti dəfə bildirdilər.

Bu il yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən üçtərəfli görüşdə birgə imzalanan bəyanat isə Ermənistanın daha az qalan ümidlərini də puça çıxardı. Çünki bu bəyanat, əslində, tam olaraq 2020-ci il 10 noyabr tarixli kapitulyasiya aktında nəzərdə tutulan şərtlərin icrasını özündə ehtiva edirdi. Baxmayaraq ki, Paşinyan bu görüşə bir dolu çamadan ümidlə getmişdi...

Ermənistan bu vəziyyətdən çıxmaqda acizdir

Beləliklə, bu gün Ermənistanda yaranmış ağır böhran vəziyyəti bu işğalçı ölkənin uzun illər Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin acı nəticəsidir. Artıq heç kimə sirr deyil ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı qələbəsi Ermənistanda dərin siyasi, sosial-iqtisadi böhrana, mənəvi-psixoloji sarsıntıya səbəb oldu.

Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan özü belə etiraf etdi ki, ölkə çox ağır vəziyyətdədir, əhalinin sosial durumu acınacaqlıdır. Prezident acizanə formada dedi ki, ölkəsi diz çöküb. Ermənistan bu vəziyyətdən çıxmaqda acizdir...

Odur ki, qonşuluq xatirinə Ermənistana daha bir ağıllı təklif: Öncə qorxu sindromundan xilas olun!

Elgün Mənsimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qüvvələri İranla əlaqəli 109 ticarət gəmisinin marşrutunu dəyişdirib

Kanada və Fransa kosmik infrastrukturu birgə inkişaf etdirəcək

“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb  FOTOLAR  VİDEO

Üzüm və Şərab Festivalı möhtəşəm konsertlə başa çatıb FOTOLAR VİDEO

Zelenski Trampla Nyu-Yorkda görüşəcək

Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Xocavənddə ilk Şəhər Günü: Zəfər sevinci və bayram ovqatı YENİLƏNİB VİDEO

Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR

Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Almaniyada seçkilər: Berlində Sol Partiya, Meklenburq-Ön Pomeraniyada isə AfD liderdir

Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub

Elmar Hüseyn: 2020–2023-cü illərdə Azərbaycan Ordusunun inkişafı qısa zamanda uğurlu əməliyyatın keçirilməsini təmin etdi

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib

Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib

Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub

Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH

Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib

Ekspert: Antiterror tədbirləri 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin məntiqi davamı idi

Bu saata olan əsas xəbərlər

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənd Şəhəri Günü münasibətilə atəşfəşanlıq olub VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Xocavənddə ilk dəfə keçirilən Şəhər Günü bayram konserti ilə davam edib VİDEO

Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb

Rektor: Xankəndidə yalnız şəhərin fiziki siması yenilənmir, yeni sosial, mədəni və intellektual mühit formalaşır

Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar

Yaponiyada yaşlı əhalinin sayı artır

Vətən Müharibəsi Qəhrəmanı: Şuşada qazanılan strateji üstünlük suverenliyimizin tam bərpasına aparan yolu açdı

Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib

Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"a qalib gəlib

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

Dövlət suverenliyinə aparan tarixi yol - 30 illik işğaldan Zəfərə VİDEO

İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

Xankəndidə Türk Dünyası Qadın Rəssamlarının sərgisi təşkil olunub VİDEO

İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Emin Hüseynov: Hədəfimiz bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti və bərpa işlərini yekunlaşdırmaqdır VİDEO

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Emin Hüseynov: Ağdamda 4 yaşayış məntəqəsinin ilin sonuna qədər təhvil verilməsi gözlənilir VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Prezidentin xüsusi nümayəndəsi: Xocavənd rayonunda 4500-ə yaxın insan məskunlaşıb VİDEO

Zaqatalada “Suveren Azərbaycan - Qürurumuz və Zəfərimiz” adlı tədbir baş tutub

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə

Dövlət Suverenliyi Günü tarixi yolun mühüm nəticəsidir - ŞƏRH

Cəmilə Qurbanova: Azərbaycan və Türkmənistanın musiqi ənənələrini yaxın motivlər birləşdirir

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü silsilə tədbirlərlə qeyd olunub

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Dövlət suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında yeni imkanlar açıb - ŞƏRH

Bakı və Naxçıvan teatrları arasında yeni əməkdaşlıq əlaqələri qurulub

Milli Musiqi Günü çərçivəsində Firəngiz Əlizadəyə həsr edilmiş sənədli film nümayiş olunub

19–20 sentyabr: Azərbaycan hərb tarixinin yeni səhifəsi - ŞƏRH

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb

Şahin Bayramov: Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixinin mühüm səhifəsidir

Şahin İsmayılov: Suverenliyin tam bərpası çoxəsrlik dövlətçilik tariximizin ən parlaq hadisələrindəndir

Birinci Qarabağ müharibəsi şəhidinin anım mərasimi keçirilib

Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb

Suverenliyin bərpasından Qarabağın yeni reallığına - ŞƏRH

Qarabağ və Şərqi Zəngəzura həsr olunmuş “Sabaha doğru” sənədli filmi hazırlanıb

Ellada Bəkirova: Qarabağ və Şərqi Zəngəzurun hər yerində alban irsinin izlərinə rast gəlirik

20 Sentyabr: Zəfərdən suverenliyə uzanan tarixi yol - ŞƏRH

Ümumdünya Təmizlik Günü: Bərk məişət tullantılarının həcmi 2050-ci ilədək 3,8 milyard tona çatacaq

Fransada gecə iğtişaşları: 9 polis və jandarm yaralanıb, 2 avtomobil yandırılıb

Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib

İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb

Bakıda türk xalqlarının bəstəkar məktəblərinin inkişaf yolları müzakirə olunur

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Hikmət Babaoğlu: Azərbaycanın suverenliyinin bərpası 2 əsrlik mübarizənin nəticəsidir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

Astanada qatarları maşinistlər deyil, avtomatlaşdırılmış sistem idarə edir VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO

Bu saata olan əsas xəbərlər

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibətilə mükafatlandırıb

Media: Son döyüşlərdə husilərin 73 üzvü öldürülüb

Qafqaz Albaniyasının irsi sistemli şəkildə araşdırılmalıdır

Elnur Mustafayev: Alban irsinin təhrif edilməsinə cəhdlər daha əvvəlki dövrlərə gedib çıxır

İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib

Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə 3867 sakin məşğulluq tədbirlərinə cəlb edilib

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

DİN: Tarixi missiya uğurla yerinə yetirildi VİDEO

Moskva və Moskva vilayətinə kütləvi PUA hücumu nəticəsində iki nəfər həlak olub

Tarixçi: İndiki Ermənistan ərazisində yerləşən kilsə və monastırların 90 faizi alban abidələridir

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Almaniyanın iki əyalətində seçkilər keçirilir VİDEO

Laçın rayonu ilə Çin şəhərləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Bəzi dağlıq və dağətəyi rayonlara leysan yağıb – FAKTİKİ HAVA

Qafqaz Albaniyası irsinin izi ilə: Qərbi Azərbaycan, Qarabağ və Şərqi Zəngəzur abidələri

Cəlilabadda minik avtomobili transformatora çırpılıb

Rusiyada seçkilər: 2 gün ərzində seçici fəallığı 44 faizi ötüb

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ  VİDEO

Burada həyat dənizin ortasında qurulub - Neft Daşlarından REPORTAJ VİDEO

Qaxda Dövlət Suverenliyi Günü qeyd olunub

20 sentyabr Azərbaycan üçün xüsusi rəmzi məna daşıyır - RƏY

Əlamətdar gündə Oğuzda ağacəkmə aksiyası keçirilib

Suverenliyin təntənəsi - ŞƏRH

Azərbaycanda Neftçilər Günü qeyd edilir

Dövlət suverenliyi hər bir xalqın azad yaşamaq hüququnun ən ali ifadəsidir - ŞƏRH

Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir

Akademik Rəfiqə Əliyeva - Ömrünü elmə, qəlbini insanlara həsr edən alim qadın

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

XİN: Azərbaycanın dövlət suverenliyinin bərpası regionda davamlı sülhün təmin olunması üçün yeni imkanlar açıb

İran danışıqlara başlamaq üçün yeddi şərt irəli sürüb