QOYUN DA YAXŞINI PİSDƏN AYIRD EDƏ BİLİR
Bu, 20 qoyun üzərində aparılan eksperiment zamanı müəyyənləşdirilmişdir. Qoyunlara gülümsəyən və qaşqabaqlı sifətlər olan fotoşəkilllər göstərilmişdir. Heyvanlar xoş əhval-ruhiyyəli insanın şəkli asılmış yem təknələrinə doğru böyük məmnuniyyətlə getmişlər.
Alimlərin fikrincə, onların tədqiqatlarınin qoyunçuluqda əməli əhəmiyyəti ola bilər. Fermerlər bu heyvanlarla təmasda olarkən və qırxım zamanı gülümsəməlidirlər ki, heyvanlarda sarsıntı yaratmasınlar. Bordaqdan xoşhal qoyunların fotoşəkillərinin asılması da pis olmazdı.