Qran-Pri turnirinin ikinci günündə üç paracüdoçumuz yarımfinala yüksəlib
Bakı, 26 may, AZƏRTAC
Bakıda keçirilən paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan cüdoçuları 7 çəki dərəcəsində mübarizə aparırlar. Belə ki, kişilər arasında Hüseyn Rəhimli (81 kq) gürcüstanlı Avtandil Kırkıtadze və qazaxıstanlı Qalimcon Smaqululini məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Qadınların turnirində isə Xanım Hüseynova (63 kq) və Zülfiyə Hüseynova (70 kq) yarımfinala yüksəliblər. X.Hüseynova ispaniyalı Marta Arce Paynoyaya, Z.Hüseynova isə yunanıstanlı Theodora Paçalıdou və daha sonra özbəkistanlı Vasila Alıboyevaya qalib gəliblər.
Azərbaycan cüdoçuları turnirin ikinci günündə 7 çəki dərəcəsində mübarizə aparırlar.
On səkkiz cüdoçumuzun mübarizə apardığı Qran-Pridə ümumilikdə 38 ölkədən 200 idmançı medallar uğrunda yarışır.
“IBSA Judo Grand-Prix Baku 2021” Qran-Prisi turniri Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [19:44]
Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır
- 12.10.2026 [19:40]
Azərbaycan güləşçiləri Rusiyada çempion olublar
- 12.10.2026 [19:08]
Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub
- 12.10.2026 [18:45]
“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]