Azərbaycan Dövlət İnformasiya Agentliyi

QUBA RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

QUBA RAYONU İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Prezident İlham Əliyev sentyabrın 27-də Quba rayonu ictimaiyyətinin

nümayəndələri ilə görüşmüşdür.

Rayon Ağsaqqallar Şurasının sədri HƏSƏN GÜNƏŞLİ dövlətimizin başçısına müraciətlə dedi: Hörmətli Prezident, icazə verin, Sizi Quba camaatı adından salamlayım və “Qubaya xoş gəlmisiniz!” deyim. Sizin son günlər regionlara səfərlərinizi çox izləyirik. Böyük ruh yüksəkliyi ilə o səfərlərə baxırıq, regionlarımızın gözəlliyi, onların bir-birindən yaraşıqlı olması bizdə böyük ruh yüksəkliyi yaradır. Bütün bunlar Sizin əməyinizin nəticəsidir. Biz Sizə çox dərin təşəkkürümüzü bildiririk.

Bildirmək istəyirik ki, Qubada da inkişaf var. Son illər Quba böyüyür, tikilir, gözəlləşir. Qubada diaqnostika mərkəzinin istifadəyə verilməsinə az qalıb, son tamamlanma işləri gedir. 50-yə yaxın yeni tipli məktəblər tikilib. Bunlar çox böyük işlərdir. Biz, demək olar ki, bir əsrə sığmayan işlər görürük. Respublikamız çiçəklənmə dövrünü yaşayır. Biz elə başa düşürük ki, gələn beşillik respublikamızın daha qüdrətli, daha nəhəng addımlarla irəliləməsi illəri olacaqdır. Biz Sizə təşəkkür edirik, Mehriban xanıma təşəkkür edirik. Bu məktəblərin tikintisində Mehriban xanımın əməyi az olmayıb, böyük zəhməti var. Sizə cansağlığı arzulayırıq. Bu əziz günlərdə Uca Allahdan Sizə, ailənizə, bütün millətimizə uzun ömür, cansağlığı, xoşbəxtlik arzulayıram. Çox sağ olun.

İLHAM ƏLİYEV: Mən sizi qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm, sizə cansağlığı, bütün qubalılara xoşbəxtlik arzulayıram.

Bütün bölgələr inkişaf edir və hər bir yerdə böyük işlər görülür. O cümlədən Quba rayonunda. Mən Bakıdan buraya gələrkən yeni yolun tikintisi ilə də maraqlandım. Hesab edirəm ki, ilin sonuna qədər bu yol tam hazır vəziyyətə düşəcəkdir. Bu, əlbəttə bütün bu zonanın inkişafına çox böyük təkan verəcəkdir. Çünki hər bir yerin inkişafı üçün yol əsas faktdır. Bu da adi yol deyil. Dünyada ən qabaqcıl texnologiyalar tətbiq olunur, beton yoldur. Deməli, inşaatçıların verdiyi vədlərə görə, bu yolun zəmanəti 30 ildir. 30 il əsaslı təmirsiz xidmət göstərəcəkdir. İlk dəfə olaraq, bölgələrə məhz beton yolu çəkilir. Çünki bundan əvvəl ancaq Bakı-aeroport yolu beton örtüklü tikilmişdir. Bu dəfə isə Bakıdan Qubaya, Qusara və sərhədə qədər tikilir. Mən şübhə etmirəm ki, bu yolun tikintisi nəticəsində bölgənin inkişafı daha da sürətlə gedəcəkdir. Daha çox investisiyalar qoyulacaq, iş adamları daha da çox fəallıq göstərəcəklər.

Qubanın çox gözəl təbii şəraiti var, gözəl iqlimi, gözəl təbiəti var. Burada turizmin inkişafı üçün çox yaxşı şərait var. Bilirəm ki, bu istiqamətdə müəyyən işlər görülür. Ancaq daha da böyük işlər görülməlidir. Bu işlər ən müasir səviyyədə görülməlidir.

Birinci böyük turizm kompleksi 2003-cü ildə tikilmişdir. Olimpiya İdman Kompleksinin yanında mehmanxana və kotteclər tikilmişdir. Bu gün də o mərkəz turizm məqsədləri üçün də xidmət göstərir. Bilirəm ki, başqa yerlərdə də buna bənzər mərkəzlər tikilib, ancaq Qubanın şəraitinə uyğun daha da gözəl binalar tikilməlidir. Hündürmərtəbəli binalar tikilir, bu da çox gözəl göstəricidir. Onu göstərir ki, artıq insanlarda maddi imkanlar daha da çoxalır.

Kənd təsərrüfatının inkişafı üçün çox yaxşı, əlverişli imkanlar var və dövlət öz tərəfindən bu sahənin inkişafı üçün tədbirlər görür. Bildiyiniz kimi, həm kreditlər verilir, həm texnika alınır və kəndlilərə güzəştlər edilir. Növbəti illərdə bu, daha da böyük həcmdə olacaqdır. Bölgələrin sosial-iqtisadi inkişafı Dövlət proqramının uğurlu icrası və başa çatması onu göstərir ki, bizim bütün addımlarımız düzgün istiqamətdə atılıbdır. Beş il ərzində proqram icra olunub və beş il ərzində bütün bölgələrdə böyük nailiyyətlər var.

Əlbəttə, problemlər də qalır və biz müxtəlif sahələrdə olan problemlərin həlli ilə məşğuluq. Mənim bölgələrə səfərlərimin əsas məqsədi ondan ibarətdir ki, mövcud olan problemləri aradan qaldıraq: insanları nə narahat edir, hansı məsələ öz həllini tapmalıdır, hansı məsələyə biz daha da çox diqqət göstərməliyik və onları necə həll edək?! Məsələlərin həlli üçün indi çox işlək mexanizmlər var - həm dövlət proqramları, həm dövlət investisiyaları, sahibkarlığa dəstək. Bütün bunlar ümumiyyətlə, hər bir ölkənin inkişafını təmin edir. Dövlət öz tərəfindən infrastruktur layihələrini icra etməlidir. Elektrik stansiyaları tikməli, yollar, qaz, su xətləri çəkməli, digər tərəfdən, özəl sektora maddi dəstək göstərməlidir, yaxşı şərait yaratmalıdır. Qalan işlər isə indi özəl sektorun boynuna düşür. Çünki bizim iqtisadiyyatımızın artıq böyük hissəsi özəl sektor tərəfindən formalaşmışdır. Daxili məhsulun 84 faizi özəl sektorda formalaşıbdır. Bu onu göstərir ki, bizdə liberal islahatlar çox uğurla aparılır və bu islahatlardan insanlar da istifadə edirlər. Güclü iqtisadiyyat isə imkan yaradır ki, sosial məsələlər də öz həllini tapsın. Sosial məsələlərin həlli növbəti illər üçün prioritet məsələ olacaqdır.

Beləliklə, Azərbaycanın uzunmüddətli inkişaf strategiyası icra olunacaq və ölkəmiz çox güclü dövlətə çevriləcəkdir. Bir daha deyirəm ki, bunu etmək üçün bütün imkanlar var. Son 5 il ərzindəki təcrübə onu göstərir ki, hansı məsələ qarşıya qoyulubsa, o məsələ həll olunubdur. İstər ölkə daxilində, istər xarici siyasətdə.

Azərbaycanın uğurlu inkişafı artıq bütün dünya üçün bir reallıqdır. Eyni zamanda, bizim bölgədəki mövqeyimiz möhkəmlənir, bunun da əsas səbəbi güclü iqtisadiyyat, güclü enerji siyasəti və sabitlikdir. Azərbaycan bu bölgədə sabitləşdirici rol oynayır. Bu, həm ölkəmizin inkişafı üçün vacibdir, həm də beynəlxalq əməkdaşlıq üçün çox vacibdir.

Mən çox istəyirəm ki, Azərbaycanın bütün bölgələrində inkişaf daha da sürətlə getsin. Siz qeyd etdiniz, yeni Müalicə-Diaqnostika Mərkəzi tikilir. O, ən qabaqcıl texnologiyalarla təchiz olunacaq, orada ən müasir avadanlıq quraşdırılacaq və insanlar orada ən yüksək səviyyədə həm müayinədən keçəcəklər, həm də müalicə alacaqlar. Bizim insanlar buna layiqdirlər. Dünyada hansı ən qabaqcıl texnologiya varsa, o, orada quraşdırılacaqdır. Hesab edirəm ki, bir neçə aydan sonra bu mərkəz hazır olacaq və ondan sonra əminəm ki, insanların sağlamlığı üçün daha da yaxşı şərait yaradılacaqdır.

O ki qaldı, digər sosial məsələlərin həllinə, - siz onları yaxşı bilirsiniz, məktəb tikintisi, yollar, parklar, - bütün bunlar həm Quba rayonunun inkişafına xidmət göstərir, həm də bütün bölgənin inkişafına çox güclü təkan verir. Uşaqlar yaxşı məktəbdə oxumalıdırlar, müəllimlər yaxşı məktəbdə işləməlidirlər. İş yerləri olmalıdır, işsizlik, yoxsulluq olmamalıdır. Bütün bu məsələlər vaxtilə şüar kimi səslənirdi, amma indi bu, reallıqdır.

Mən sizə növbəti illərdə növbəti uğurlar arzulayıram. Arzu edirəm ki, həmişə olduğu kimi, Qubanın inkişafında fəal iştirak edəsiniz. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb