QUBA VƏ LERİK RAYONLARINDA YANĞIN BAŞ VERMİŞDİR
Bakı, 5 avqust (AZƏRTAC). Quba rayonunun Talabıqışlaq bələdiyyəsinin Küçeyi kəndi ərazisində yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a verilən məlumata görə, yanğın torpaq mülkiyyətçilərinə məxsus taxılı biçilmiş kövşənlik və bələdiyyə fonduna aid 25 hektar quru ot və kol-kos sahələrini əhatə etmişdir.
ETSN-nin yerli qurumlarının, Quba və Şabran rayonlarının dövlət yanğından mühafizə dəstələrinin, habelə yerli əhalinin səyləri nəticəsində yanğın operativ şəkildə söndürülmüş və onun yaxınlıqda olan meşəyə keçməsinin qarşısı tam alınmışdır.
Daha bir yanğın hadisəsi Lerik Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin ərazisində naməlum səbəbdən baş vermiş və 0,9 hektar ərazini əhatə etmişdir.
Yanğın ETSN-nin yerli qurumlarının və yerli sakinlərin köməkliyi ilə operativ şəkildə söndürülmüş və meşə fonduna ziyan dəyməmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:42]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 10.08.2026 [11:57]
Faktiki hava: Bəzi rayonlara leysan yağır
- 09.08.2026 [17:40]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [12:46]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]