Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb VİDEO
Quba, 8 may, Elxan Yusifli, AZƏRTAC
Quba və Qusarın dağlıq yaşayış məntəqələrinə qar yağıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 7-si şimal bölgəsində hava şəraiti kəskin dəyişib. Gündüz saatlarında bölgədə güclü külək olub. Axşam saatlarında isə yağış, sulu qar və dağlıq ərazilərdə qar yağıb.
Qubanın Qrız kəndində 2, Xınalıqda 1 santimetr hündürlüyündə qar qeydə alınıb.