Qubada tələbələr üçün “MathCamp 2026” qış düşərgəsi keçiriləcək
Bakı, 15 yanvar, AZƏRTAC
“Bir Könüllü” Tələbə Təşkilatı və “Pathtomath” Tələbə Riyaziyyatçılar Klubunun birgə təşkilatçılığı ilə fevralın 4-dən 9-dək Quba rayonunda tələbələr üçün “MathCamp 2026” adlı qış düşərgəsi təşkil olunacaq.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, düşərgə ali riyaziyyata marağın artırılması, riyaziyyatın süni intellekt, yeni texnologiyalar və kriptoqrafiya sahələrində tətbiqləri barədə tələbələrin məlumatlandırılması, eləcə də qış tətili dövründə riyazi biliklərin möhkəmləndirilməsi məqsədi daşıyır.
Təlim və seminar formatında keçiriləcək düşərgədə riyaziyyat, fizika və texniki ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan III, IV və V kurs tələbələri, həmçinin magistrantlar və doktorantlar iştirak edə bilərlər.
Düşərgədə iştirak üçün qeydiyyat yanvarın 23-dək davam edəcək.
Qeyd edək ki, ilkin seçim mərhələsindən keçən namizədlər riyazi analiz və cəbr və ədədlər nəzəriyyəsi fənləri üzrə baza biliklərinin yoxlanılması məqsədilə test mərhələsinə dəvət olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [21:23]
Qaraçöplü soydaşımızın uğuru
- 03.10.2026 [16:41]
UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub
- 02.10.2026 [20:35]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [19:05]
AzTU-nun rektoru “ADEX 2026” sərgisində universitetin stendini ziyarət edib
- 02.10.2026 [19:02]