QUBADLI MƏKTƏBLƏRİNDƏ BİLİK GÜNÜ QEYD OLUNMUŞDUR
Rayon icra hakimiyyətinin başçısı Malik İsadov Sumqayıt yaxınlığındakı Xələc kənd orta məktəbinin təzə korpusunun açılışı mərasimndə çıxış edərək, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışmış, Qubadlı məktəblərində təhsilin səviyyəsini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, ölkənin ali məktəblərinə daxil olmaq istəyən 300 məzundan 76 nəfəri tələbə adı qazanmışdır. Onlardan 15-i yüksək bal toplamışdır.
Rayon ictimaiyyətinin nümayəndələri, valideynləri çıxış edərək, məcburi köçkünlərə göstərdiyi daimi qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.