“Qurani-Kərim” Rusiyada ən çox oxunan kitablardan biridir
Moskva, 5 dekabr, AZƏRTAC
“Qurani-Kərim” rusiyalıların ən vacib və tez-tez oxunan kitabları arasındadır.
AZƏRTAC “Russian Field” Tədqiqat Mərkəzinə istinadən xəbər verir ki, 30 yaşdan kiçik rusiyalılar üçün ən əhəmiyyətli kitab Corc Oruellin “1984” romanı olub. Ən vacib əsərlər arasında gənc respondentlər, həmçinin Lev Tolstoyun “Hərb və Sülh”, “Harri Potter” haqqında silsilə kitabları, İvan Turgenevin “Atalar və uşaqlar”, Müqəddəs Kitabı və Konstitusiyanı sadalayıblar.
Ümumi yaş qrupunda “Hərb və Sülh” birinci yeri tutub, ondan sonra Nikolay Ostrovskinin “Polad necə bərkidi” və Mixail Bulqakovun “Ustad və Marqarita” əsərləri yer alıb.
15-ci yerdə Aleksandr Soljenitsının “GULAQ Arxipelaqı”, 17-ci yerdə isə Qurani-Kərim qərarlaşıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]