Azərbaycan Dövlət İnformasiya Agentliyi

QUSAR RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

QUSAR RAYON İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Olimpiya İdman Kompleksinin açılış mərasimindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ağsaqqalı NAZİR AĞALİYEV dövlətimizin başçısını salamlayaraq dedi:

- Hörmətli cənab Prezident!

“Mən həmişə qusarlılarla olacağam, qusarlıların problemlərini həll edəcəyəm” sözlərini demiş Prezidenti bu gün Qusarda görməyimizə çox şadıq. Bütün qusarlılar adından Sizi salamlayıram və “Xoş gəlmisiniz!” deyirəm.

Cənab Prezident, deyirlər, yağış bərəkət rəmzidir. Bu gün Qusarda yağan yağışı Sizin Azərbaycan xalqı, o cümlədən qusarlılar üçün yaratdığınız, həyata keçirdiyiniz, memarı olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq gətirdiyiniz bərəkət kimi qəbul edirik. Bu gün yağan yağışı, sözsüz ki, Sizin proqramınız əsasında və regionların sosial-iqtisadi inkişafı Dövlət proqramının ikinci mərhələsində Qusar üçün görüləcək işlərin xoş müjdəsi kimi qəbul edirik.

Cənab Prezident, çox şadıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası çiçəklənir, inkişaf edir, dövlətin iqtisadi gücü, müdafiə qabiliyyəti güclənir, xalqın güzəranı gündən-günə yaxşılaşır. Bu, ulu öndərimiz Heydər Əliyevin qurduğu müasir Azərbaycanın və Azərbaycan dövlətinin idarəetmə strategiyası və taktikasının Sizin tərəfinizdən uğurla həyata keçirilməsinin rəmzidir. Sizin memarı olduğunuz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı respublikada uğurla həyata keçirilir. Biz televiziyanı, mətbuatı gündəlik izləyirik. Ayrı-ayrı regionlarda, bölgələrdə gedən böyük quruculuq işləri, Sizin iştirakınızla açılan obyektlər sübut edir ki, Siz xalqa qulluq edən Prezidentsiniz. Biz buna çox şadıq.

Qusarda görülən işlərdən söhbət açarkən, deməliyik ki, Sizin Qusar üçün yaratdıqlarınız insanların yadından heç vaxt silinməyəcəkdir. Birinci növbədə, sizin tövsiyəniz əsasında Qusarda tikilən bu Olimpiya İdman Kompleksi qusarlı idmançılar üçün, Qusar camaatı üçün böyük töhfədir. Eyni zamanda, Sizin şəxsi təşəbbüsünüz əsasında Qusarda tikilən Dağ-Xizək Kompleksi qusarlıların yadından çıxmayacaqdır. Bunun Qusarın gələcək inkişafı üçün böyük önəmi olacaqdır. Burada 5 min nəfərə yaxın qusarlı işlə təmin olunacaq. Bu, qusarlıların gələcək sosial həyatı üçün böyük önəm daşıyır.

Eyni zamanda, yəqin gələndə baxmısınız, Qusarda asfalt döşənmiş işıqlı yollar, yeni salınan xiyabanlar, məhəllə parkları, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun sifarişi ilə tikilən və tikilməkdə olan, təmir edilmiş onlarca məktəb, eləcə də Sizin proqramınız əsasında Qusarın kəndlərində tikilən onlarca elektron ATS Sizin qusarlılara, ümumiyyətlə, Azərbaycan xalqına verdiyiniz töhfədir. Bizim məlumatımız var ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Sizin ikinci proqramınız hazırlanır. Bayaq dediyim kimi, Siz həmişə qusarlılarlasınız, qusarlıların problemləri sizin probleminizdir. Biz belə başa düşürük. Çox güman ki, Qusar bundan sonra yeni start götürəcək, daha da çiçəklənəcəkdir. Qusarın inkişaf etməsinə söz ola bilməz.

Möhtərəm Prezident, yeri gəlmişkən, bir məsələni qeyd etmək istəyirəm. Qusarlıların bir xahişi var. SDK-Həzrə sərhəd yolunun üstündə 21 kənd yerləşir. Təxminən 15 min əhali o yoldan istifadə edir. Eyni zamanda, o yolun üstündə sərhəd zastavaları yerləşmişdir. Çoxdan salınmış yoldur, dağlardan keçir. O yol müəyyən vaxtdan sonra öz-özünə tamamilə dağılacaqdır. Xahiş edirik, tapşırıq verəsiniz ki, bu yol yenidən çəkilsin.

İLHAM ƏLİYEV: Sağ olun, təşəkkür edirəm. Mənə məruzə ediblər, mən artıq göstəriş vermişəm, yaxın zamanlarda bu yol yenidən çəkiləcək və orada insanlar daha da rahat yaşayacaqlar. Deyə bilərəm ki, Qusarın gələcək inkişafı üçün nə lazımdırsa, biz onu edəcəyik.

Siz mənim Qusara səfərlərimi və görüşlərimi yaxşı xatırlayırsınız. Mən hər görüşdə demişəm və bu gün də demək istəyirəm ki, Qusarın inkişafı çox böyük əhəmiyyət daşıyır. Həm qusarlılar üçün, həm də bütün Azərbaycan üçün. Belə gözəl Olimpiya İdman Kompleksinin tikintisi bir daha onu göstərir ki, Qusara xüsusi diqqət, məhəbbət var. Burada həm idmanla məşğul olmaq üçün, həm də istirahət etmək üçün bütün imkanlar var. Bu, eyni zamanda böyük bir turizm mərkəzidir. Burada kotteclər, mehmanxana, trenajor zalları, üzgüçülük hovuzu, gözəl idman zalları var. Yəni həm Qusar idmançıları üçün, həm də rayon sakinləri üçün çox gözəl şərait yaradılıbdır. Mən bütün rayon sakinlərinə tövsiyə edirəm ki, öz sağlamlıqlarını möhkəmləndirmək üçün bu kompleksdən səmərəli istifadə etsinlər.

Qusarda bütün başqa məsələlər də həll olunur. Mən keçən dəfə buraya 2005-ci ildə gəlmişdim. O ildən bu günə qədər çox böyük dəyişikliklər var. Siz bunu yaxşı bilirsiniz, görürsünüz. Həm sənaye müəssisələri tikilir, həm məktəblər tikilir. Bu gün mən yeni xəstəxananın təməlini qoyacağam. Orada həm gözəl şərait, bütün lazımi avadanlıq olacaq, həm də, ən müasir tibbi xidmət göstəriləcəkdir. İdman kompleksi tikilibdir, Dağ-Xizək Kompleksi beynəlxalq səviyyədə tikiləcəkdir. Biz bunun tikintisi üçün Avstriyadan qabaqcıl memarlıq şirkətlərini dəvət etmişik. Orada həm turistlər üçün, həm də yerli insanlar üçün bütün şərait yaradılacaqdır. Azərbaycan dövləti bu işə yüz milyonlarla dollar həcmində vəsait qoyur ki, orada çox müasir, dünya səviyyəli turizm mərkəzi yaradılsın. Ondan nəinki qışda, yay aylarında da səmərəli istifadə etmək mümkün olacaqdır. Həm burada yaşayan insanlar üçün iş yeri yaradılacaqdır, həm də rayonun inkişafına böyük töhfə veriləcəkdir. Düzdür, indi Azərbaycan dövlətinin imkanları böyükdür. Biz Qusarın inkişafına bundan sonrakı illərdə də böyük investisiyalar qoyacağıq. Ancaq hər rayon öz daxili imkanlarından, öz potensialından istifadə etməlidir. Qusar turizm üçün çox gözəl bir yerdir.

X X X

Sonra söhbət Olimpiya İdman Kompleksinin daxilində masa ətrafında davam etdirildi.

İLHAM ƏLİYEV: Burada belə gözəl şərait var. Gərək bu şəraitdən istifadə edək. Böyük restoran var, burada istənilən tədbiri keçirmək üçün bütün imkan var. Mən çox şadam ki, bu kompleksin açılışında biz bərabər iştirak edirik. Biz bu kompleksin timsalında Qusarda gedən abadlıq, quruculuq işlərini görürük. Bu işlər daha da sürətlə getməlidir. Bunun üçün bütün imkanlar var. Siz, burada yaşayan insanlar yaxşı görürsünüz ki, Qusar necə sürətlə inkişaf edir, abadlaşır, müasirləşir.

Burada yeni sənaye müəssisələri tikilməlidir. Əlbəttə, turizm və kənd təsərrüfatı növbəti illərdə yəqin ki, əsas istiqamət olmalıdır. Mən artıq qeyd etdim ki, burada Azərbaycanın böyük turizm mərkəzi yaradılır. Bu ilin büdcəsində vəsait nəzərdə tutulubdur. Gələn ilin büdcəsində əlavə vəsait olacaqdır. Böyük tikinti işləri aparılacaqdır. Bu tikinti zamanı burada yaşayan insanlar işlərdə iştirak edəcəklər. Yəqin ki, artıq iştirak edirlər. Bu da yeni iş yerləri deməkdir. Bu turizm mərkəzi işə düşəndən sonra Qusar beynəlxalq turizm mərkəzinə çevriləcəkdir. Mən vəzifə qoymuşam ki, Dağ-Xizək Kompleksi dünyanın yüksək səviyyəsində olmalıdır. Ondan aşağıda olmamalıdır və biz buna nail olacağıq.

Bu gün Qusara içməli suyun gətirilməsini qeyd etdik. Bu da böyük problemdir və təkcə Qusarda deyil, başqa şəhərlərdə də var. Azərbaycanda içməli su problemi var. Biz bunu həll etməyə çalışırıq və əminəm ki, Qusarda yeni tikilmiş su kəməri öz müsbət təsirini göstərəcəkdir. Qusarın inkişafı üçün lazım olan bütün başqa tədbirlər də görüləcəkdir.

Siz qeyd etdiniz ki, növbəti iqtisadi inkişaf proqramı gözlənilir. Artıq bu proqramın ilkin parametrləri hazırdır. Bu proqramda hər bir rayon üzrə xüsusi tədbirlər planı olacaqdır. Hər bir rayonun probleminin həlli üçün lazımi tədbirlər görüləcəkdir. Əlbəttə ki, Qusar rayonunun inkişafı da burada nəzərdə tutulacaqdır. Həm rayon mərkəzinin, həm də kəndlərin abadlaşması. Dediyiniz avtomobil yolunun çəkilməsinin çox böyük təsiri olacaqdır. Yol çəkilən kimi canlanma baş verir, insanlar özlərini daha da rahat hiss edirlər.

İndi biz Bakıdan Qusara avtomobil yolu çəkirik. Mən bu gün buraya gələrkən yolda dayandım, işlərlə maraqlandım. İlk dəfə olaraq Azərbaycanda bölgədə beton yol çəkilir. Beton yol həm də möhkəmdir. İnşaatçılar 30 illik zəmanət verirlər ki, otuz il ərzində o yola heç nə olmayacaqdır. Digər tərəfdən, bu, çox sürətli və dördzolaqlı yoldur. Köhnə yol ikizolaqlıdır və əlbəttə, nəqliyyat üçün təhlükəli idi. Bu, dördzolaqlı olacaq, ortada ayırma xətti olacaqdır. Bu, nəqliyyatın təhlükəsizliyi və rahatlıq üçün də çox vacib rol oynayır. Qusardan başqa rayonlara, Bakıya tez bir zamanda gedib-gəlmək mümkün olacaqdır. Mən şübhə etmirəm ki, bu yol çəkiləndən sonra təkcə Qusar deyil, bütün ətraf rayonlar daha da sürətlə inkişaf edəcəkdir.

Bizim planlarımız aydındır, açıqdır, bunu hamı bilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı uğurla başa çatır. Proqramda nəzərdə tutulmuş bütün vəzifələr yerinə yetirilibdir. Növbəti beş il ərzində qalan məsələlər yerinə yetiriləcəkdir. İnfrastruktur layihələri, iqtisadi layihələr, sənaye kompleksinin yaradılması, müasirləşməsi, sosial məsələlərin həlli. Bax, Qusarda tikilmiş məktəblər bizim sosial siyasətimizin əlamətidir. Bu gün təməlini qoyacağımız böyük xəstəxana burada yaşayan insanlara xidmət göstərəcəkdir. Müalicə üçün Bakıya, başqa yerlərə getmək lazım olmayacaq, müasir avadanlıq quraşdırılacaqdır. İnsanlar həm müayinə olunacaq, həm müalicə alacaq, həm də cərrahiyyə şöbəsi olacaqdır. Bu, insanların sağlamlığı üçün çox mühüm rol oynayacaqdır.

Gözəl idman kompleksi tikildi ki, uşaqlar, cavanlar idmanla məşğul olsunlar. Mən çox sevinirəm ki, Azərbaycanda gənclər idmana çox böyük meyil göstərirlər. İdmanla məşğul olan həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən sağlam olur, vətənpərvərlik ruhunda yaxşı tərbiyə alır, pis vərdişlərdən uzaq olur. Bizə lazımdır ki, cavanlarımız sağlam böyüsünlər və cəmiyyət, ölkə üçün dəyərli vətəndaşlar olsunlar. Bu baxımdan belə komplekslərin çox böyük rolu var.

Bütövlükdə Azərbaycanın bütün başqa yerlərində olduğu kimi, bu rayonda da ictimai vəziyyət çox yaxşıdır. Burada insanlar rahat yaşayırlar. Mən çox istəyirəm ki, daha da yaxşı yaşasınlar. Azərbaycanda bütün millətlərin nümayəndələri bir ailə kimi yaşayır. Bax, Azərbaycanın xüsusiyyəti bundan ibarətdir. Heç bir ayrı-seçkilik, heç bir fərq qoyulmur. Narahatlıq doğuran heç bir məsələ yoxdur. Bu, həm bizim bütün insanların ürəyində olan duyğulardır, həm də dövlət siyasətidir. Azərbaycanın dövlət siyasəti bu istiqamətdə çox birmənalıdır. Azərbaycanda yaşayan bütün xalqlar eyni hüquqlara malikdir, bərabər hüquqludur. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Azərbaycanda bütün xalqlar mehriban şəkildə, bir ailə kimi yaşayır. Qusarda bizim ləzgi qardaşlarımız yaşayırlar. Əksəriyyəti onlar təşkil edirlər. Onlar öz vətənlərində yaşayırlar, öz vətənlərinin imkanlarından istifadə edirlər. Azərbaycanın inkişafı üçün, müstəqilliyimizin möhkəmlənməsi üçün ləzgi qardaşlarımızın keçmişdə çox böyük xidmətləri olubdur və bu gün də belədir.

Mən çox istəyirəm ki, burada həyat səviyyəsi daha da yaxşı olsun. Burada həm qabaqcıl texnologiyalar tətbiq olunsun, həm də sənaye məsələləri, iqtisadi, sosial məsələlər həll olunsun ki, insanların həyat səviyyəsi yaxşı olsun. Düzdür, bütün ölkədə aparılan sosial və iqtisadi islahatlar nəticəsində həyat səviyyəsi yüksəlibdir. Ancaq mən istəyirəm ki, daha da yüksəlsin, Azərbaycan vətəndaşları çox yaxşı həyat səviyyəsinə malik olsunlar. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Bizim çox güclü dövlət siyasətimiz var, dövlətçilik ənənələri möhkəmlənir. Müstəqil ölkə kimi Azərbaycan özünü dünya miqyasında tanıtdırıbdır. Bizim bütün qonşu dövlətlərlə çox yaxşı, bərabər münasibətlərimiz var. İqtisadi islahatlar sürətlə gedir, neft, qaz kimi təbii sərvətlərimiz var, maddi imkanlarımız artır. Son beş ildə büdcəmiz on dəfədən çox artıbdır. 2009-cu ilin büdcəsi 2003-cü ilin büdcəsindən 15 dəfə böyük olacaqdır. Bu da reallıqdır. Bütün bu vəsait insanların sosial məsələlərinin həllinə yönəldilir.

Bu işlər hər bir rayonda görülür. Bildiyiniz kimi, mən rayonlara tez-tez gedirəm, vəziyyətlə tanış oluram. Mən Qusara 2005-ci ildə gəlmişdim, olan dəyişiklikləri görürəm. Mən məlumat alıram, ondan əvvəl də bilirdim ki, vəziyyət necədir, hansı məsələlər var, insanları hansı problemlər narahat edir, əlavə nə edilməlidir ki, burada hər şey daha da yaxşı olsun və bunu edirik.

Deyə bilərəm ki, bölgələrin inkişafı mənim üçün ən prioritet məsələlərdən biridir. Düzdür, ölkənin qarşısında müxtəlif problemlər var. Biz təhlükəsizliyimizi təmin etməliyik, müdafiə gücümüzü artırmalıyıq, iqtisadi, siyasi islahatları aparmalıyıq. Beynəlxalq münasibətlərə çox ciddi yanaşmamız var və Azərbaycan xarici siyasət baxımından çox uğurlu addımlar atıbdır. Amma bununla bərabər, insanların gündəlik həyatı, gündəlik yaşayışı əsasdır. Mən həmişə demişəm, bu gün də deyirəm ki, Azərbaycan vətəndaşları bax, bu gün yaxşı yaşamalıdır. Bəziləri hərdən deyir ki, 10-20 ildən sonra yaxşı olacaqdır. Olsun, əlbəttə, yaxşı olacaqdır. İndi də yaxşıdır. Sadəcə, deyə bilərəm ki, mən Azərbaycanda mövcud olan vəziyyəti çox yüksək qiymətləndirirəm. Ancaq biz qabağa getməliyik, irəliyə baxmalıyıq ki, daha nə etməliyik, hansı işlər görməliyik. Bax, mən bu barədə fikirləşirəm. Bilirəm ki, bu, sizi də düşündürür. Amma belə bir səmimi söhbətdə fikir mübadiləsi nəticəsində təbii ki, yaxın zamanda əlavə tədbirlər haqqında qərarımızı verəcəyik.

O ki qaldı yola, hesab edin ki, yol məsələsi həll olunubdur. Yaxın zamanlarda rayon icra hakimiyyətinə vəsait ayrılacaq və icra hakimiyyəti özü bu işləri aparar. Əgər Nəqliyyat Nazirliyinin bu işləri reallaşdıran qurumlarından yardım lazım olarsa, deyərsiniz, bunu birlikdə edərik. Əgər başqa belə kənd yolları varsa, onlara da diqqət göstərmək lazımdır.

AĞSAQQAL: Çox sağ olun. Hər şey çox yaxşıdır. Pensiyalar da artıbdır.

İLHAM ƏLİYEV: Düzdür, artırmışıq, amma yenə də artırmalıyıq. Son beş ildə bir neçə dəfə artırmışıq. İndi minimum pensiya 75 manat olubdur. Bir neçə il bundan əvvəl 10 manat idi. Amma indi 75 manatdır. Əlbəttə, 10 manata baxanda 75 manat yaxşıdır. Amma daha da yaxşı olacaqdır.

NAZİR AĞALİYEV: Cənab Prezident, işlər belə sürətlə getsə, Qusar 2-3 il ərzində cənnətə dönəcəkdir. Çünki Qusarda son vaxtlar gedən quruculuq işləri, ayrı-ayrı sahələrdə görülən tədbirlər bunu deməyə əsas verir.

İLHAM ƏLİYEV: Bir daha deyirəm, dövlət gözəl təbiəti, iqlimi, təbii şəraiti olan rayonda həm turizmin, həm də kənd təsərrüfatının inkişafı, emal müəssisələrinin yaradılması, sosial məsələlərin həlli üçün investisiya qoyur və qoyacaqdır. Qusar sözün əsl mənasında ən qabaqcıl rayonların birinə çevrilməlidir. Mən də sizə söz verirəm ki, buna nail olmaq üçün öz səylərimi əsirgəməyəcəyəm.

Sizi bir daha salamlayıram və qarşıdan gələn Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb